Dolça bürcü qadının ən diqqət çəkən xüsusiyyəti azadlığına bağlı olmasıdır. Onun uzun müddət bir yerdə olan dostları və sevgilisi bu xüsusiyyətini yaxşı bilir. Olduqca qərarlıdır və etmək istədiklərinə mütləq sahib olur. Dəyişkən və bacarıqlı xarekterə sahib olması bu mövzuda ona hər zaman kömək edir. Bütün xüsusiyyətləri ilə diqqəti öz üzərinə çəkə bilir.
Şən insanlardır. Ətrafına pozitiv enerji yayır. Hər zaman əyləncəli mühit yaratmağı bacarırlar. Ətrafındakı hər kəs tərəfindən bəyənilən və axtarılan insanlardır. Dostları hər zaman onun düşüncələrinə dəyər verirlər. Hər zaman çalışqan xarekterlərini sərgiləyərlər. Əllərində olan pulu düşünmədən xərcləməyi xoşlayırlar. Buna görə də bədxərcdirlər.
Dolça bürcü qadını son dərəcə dürüst və güvənilir qadındır. Yalana nifrət edirlər. Konkret danışıqları və dürüstlükləri ilə seçilirlər. Duyğusal xarekterə malikdir. Hisləri dərindir. Fədakarlığı və dəyişikliyi sevən bir xarekterə malikdir. Bu bürc üçün ev həyatı olduqca əsasdır. Onun özünə görə qaydaları vardır. Onlara görə yaşamağı sevir. Romantikadan elə də xoşları gəlmir. Məcara sevən tipdir. Çətin qadındırlar. Bu qadınlar iş həyatını çox sevirlər. Karyera qurmaq arzularıdır. Son dərəcə modern xarekterə və görünüşə malikdir.
Eşq həyatında başlıqda laqeyd görünə bilər, amma zaman keçdikcə, güvəndikcə sevgisini göstərəcək. Çox seçicidirlər. Qayğıkeşliyi tükənməyən kişilərdən xoşu gəlir. Ciddi olmayan davranışlardan xoşu gəlmir. Onun düşüncələrinə dəyər verən kişilərdən xoşu gəlir.
Müsbət cəhətləri bunlardır: Dostlarına dəyər verirlər. Ehtiyacı olan hər insana kömək etməyi sevirlər. Xoş xasiyyətli olurlar.
Mənfi cəhətləri: Məsuliyyətlərinin fərqində deyildirlər və zaman zaman qeyri - sabit davranışlar sərgiləyirlər.
Gözləri çox gözəl olur. Dərin baxışları uzaqlara axıb gedir. Fərqli geyimləri ilə diqqət çəkirlər. Dəbi izləmirlər. Adətən özlərinə məxsus geyimləri olur.