Tərəzi bürcü qadını gözəl, estetik duyğusu inkişaf etmiş, yaşamaq sevgisi üst səviyyədə olan, son dərəcə cazibəli xarekterləri ilə diqqət çəkən qadındır. Ünsiyyətcil olurlar. Dəyər verdikləri insanın fikirlərini soruşmaqdan xoşları gəlir. Həqiqətən yaxşı bir xarekterə malikdirlər və gözəl olan hər şeyə dəyər verirlər.
Tərəzi bürcü qadını üçün maddiyyat daha dəyərlidir. Maddi güc əllərində olduqda istədikləri gözəlliyə çatırlar. Rahat həyat yaşamaq istəyirlər. Çətinliklər, qadağalar bu qadınlara görə deyil. Şən insanlardır.Ətrafındakı insanlar pozitiv enerji yayırlar. Bu qadınlar həssas və inciyən olurlar. Son dərəcə duygusal qadınlardır. Bu həyatlarının hər sahəsinə təsir edir.
Tərəzi bürcü qadını öz düşündüklərinə və bildiklərinə dəyər verir. Bildiklərini etməkdən əl çəkməzlər. Bu mövuda qadağa ilə rastlaşmaqdan xoşları gəlmir. Azadlıqlarının əllərindən alınmasından xoşları gəlməz. Bu həyatının hər sahəsində elədir. Eşq, ailə və dost. Buna görə hər münaqişəyə girməyə hazırdır. İnsanlar tərəfindən asanlıqla fərq edilən cazibəyə malikdir. Sevdiyi insanlar üçün hər şeyi etməyə hazırdırlar. Fədakarlıqdan çəkinməzlər. Amma bu vəziyyət haqsızlığa düşməklərinə səbəb olar. İnsanlar tərəfindən sui-istifadə oluna bilərlər. Buna görə də diqqətli olmalıdırlar.
Bu qadınlar yalnızlığa nifrət edirlər. Sevdikləri zaman sadiq və qısqanc olurlar.
Müsbət cəhətləri: Sosial, real, nəzakətli və sevgi doludur. Ədalətlidir.
Mənfi cəhətləri: Qərarsızdırlar. Tənbəl xarekterə malikdirlər.
Geyimləri dəbə uyğun olur. Saçları adətən yumşaq və dalğalı olur.