Qadin.NET / Buğa bürcü qadını

Buğa bürcü qadını

Buğa bürcü qadını

Buğa bürcü qadının ən diqqət çəkən xüsusiyyəti gözəl olmasıdır. Onlar sevgi üçün yaradılmış varlıqlardır. Səmimi, sevimli və yumşaq davranışları var. Özlərinə olan güvənləri çoxdur və bunu qarşısındakı insana hiss etdirməyi sevir. Buğa bürcü qadınının danışmaq tərzi gözəldir. Yumşaq danışıqları var. Buğa bürcü qadını olduqca mədəniyyətlidir. İntellektual bir tipə malikdir. Cazibədar olduqlarından hər mühitdə diqqət çəkməyi asanlıqla bacarırlar. Buğa  bürcü qadını asanlıqla incinə bilər. Adətən səssiz bir xarekterə malik olurlar. Sakitdir və davadan, səs-küydən xoşu gəlmir. Hər zaman məğrur duruşları vardır. Əzmlidir. Arzuladıqları hər şeyə çatmaqda bacarıqlıdır. 

Buğa bürcü qadını

Yenilikdən çox xoşları gəlmir. Vərdişləri ilə hərəkət etməkdən və yaşamaqdan zövq alırlar. Sadiq qadınlardır, özləri necədirsə, qarşısındakı insanın da elə olmasını istəyirlər. Bu bürcün qadınları qısqancdırlar. Duyğusal olaraq həssas və tez inciyən bir xarekterə sahibdirlər. Dəyər verdiyi insanlar üçün hər şeyi etməyə hazırdırlar. Özləri üçün dəyərli olan insanların xoşbəxt olması üçün əlindən gələni edərlər.  

 Buğa bürcü qadınının xarici görünüşü soyuq görünə bilər, ancaq olduqca istiqanlı və səmimi bir xarekterə sahibdir. Onları xarici görünüşlərinə görə qiymətləndirmək düzgün olmaz. Mərhəmətlidir və kömək etməkdən xoşu gəlir. İnsanları olduğu kimi qəbul edirlər. Buna görə də, həmişə axtarılan insanlardır. Bu bürc üçün pul çox önəmlidir. Maddi olaraq güclü olmaqdan xoşu gəlir. 

Buğa bürcü qadını

Eşq həyatında məntiqə üstünlük verir. Onlar üçün sevgi və hörmət əsasdır. Sadiq, səbrli və anlayışlıdır. Qərarlıdır və istədiklərini əldə edər. 

Mənfi cəhətləri: Düşüncələri və qərarları asanlıqla dəyişməz. İnadkar və rahatlığını sevir. Qısqanc və takıntılıdır. 

Adətən idman tərzi geyimlərə üstünlük verirlər. Olduqca gözəldirlər. Geniş çiyinlərə sahibdirlər. 

26 yanvar 2017
GO BACK