Balıq bürcü qadını əzmli xarekteri və istədiyini əldə etmək inadkarlığı ilə diqqət çəkən bir qadındır. Bir şeyi əldə etmək istəyirsə, mütləq onu əldə edər. Olduqca cəlb edici bir tipdir. Balıq bürcü qadını son dərəcə duyğusal və romantik bir xarekterə malikdir. Həyatının hər sahəsində duyğuları ilə hərəkət edir. Evlərinə son dərəcə bağlıdır. Xüsusilə evlərində olduğu müddət özlərini xoşbəxt, rahat hiss edirlər.
İntuisiyası güclüdür. Gözlərinə gözəl görünən hər şeyə həddindən artıq bağlıdırlar. Hər zaman rahat bir həyat yaşamaq istəyirlər. Balıq bürcü qadını cəmiyyət içində diqqət çəkmək və hörmət görmək istəyən xarekterə sahibdir. Bütün bunlara sahibdirsə, özü ilə fəxr edər və sevinər. İncə ruha sahibdirlər, sənətə olan maraqları həmişə çox olur. Bu bürcün qadını olduqca qısqanc bir xarekterə malikdir. Həm ən yaxşısına sahib olmaq istəyir, həm də ən yaxşısını etmək.
Balıq bürcü deyəndə ağla gələn ilk şey xəyal qurmaqdır. Bu qadınlar dərin xəyal dünyasına malikdirlər. Davamlı olaraq xəyal qurar və bu xəyalın arxasınca getmək istəyər. İnsanların qurduqları xəyala gülməsinə dözə bilməzlər. Bu bürcün qadını sürətlə dəyişən duyğulara sahibdir. Çox xoşbət ikən birdən kədərli ola bilər. Ancaq çox insan bunun səbəbini öyrənə bilməz, çünki bunu göstərməz. Bu bürcün qadınları çox qonaqpərvərdirlər.
Balıq bürcü qadını olduqca anlayışlı bir tipdir. Qarşısındakı hər insanı başa düşmək istəyir. Qarşılığında çox bir şey istəməz, sadəcə etdiyini qiymətinin bilinməsini istəyər. Ancaq gözlədiyi olmasa çox kədərlənir. Balıq bürcü qadının daxili dünyası çox zəngindir.
Balıq bürcü qadını eşq həyatında diqqətli davranır. Eşqə düşmədiyi adamla birlikdə olmaz, buna görə də, olduqca diqqətli seçimlər edər. Tərəf müqabilində bircə şey istəyər: nə qədər sevirsə, o qədər sevilmək.
Bu bürcün mənfi cəhətləri: qərarsız və xəyalpərəst olmasıdır. Özünə yazığı gələn bir tipə malikdir. İnadkar və xəsisdir.
Bu bürcün qadınlarının saçları adətən qıvırcıq və ya dalğalı olur.