Xərçəng bürcü olan qadınlar üçün hər şeydən əvvəl evləridir. Ev həyatlarına həddindən artıq önəm verirlər. Soyuq xarekterə malik deyil. İstiqanlı davranışlar sərgiləyir. Pis niyyətdən xoşu gəlmir, xoş niyyətlidir. Xərçəng bürcü duyğusal bürcdür. Ona görə də romantikadan xoşları gəlir. Eyni zamanda əyləncəli məcaralardan da xoşları gəlir. Yeniliyə açıq olmasa da, bunu rədd etməz. Xüsusilə adət-ənənəyə bağlıdır. Vərdişlərindən asanlıqla əl çəkməz. Hər şeydən əvvəl evi və ailəsi gəlir.
Ən yaxşı analar onlardır. İdeal ananın bu bürcdən çıxdığını desək yalan olmaz. Ev həyatını sevdikləri üçün bu mövzuda uğurlu olmaqları qaçınılmazdır. Həddindən artıq həssas olurlar. İntuisiyaları olduqca güclüdür. Ətrafındakı insanların yaxşı və ya pis niyyətli olduqlarını anlayar, buna görə də hərəkət edər. Həssas olduqları üçün asanlıqla inciyə bilərlər. Ağıllarına pislik etmək gəlmədiyi üçün hər kəsdən yaxşılıq və qayğı gözləyərlər. Buna görə də zaman-zaman xəyal qırıqlığına düşə bilərlər.
Dərin duyğulara sahibdir. Xüsusilə özləri haqqında danışmağa sevməzlər. Bu bürcün qadınları tənqidə açıq deyillər. Onları tənqid edən insanlara qarşı sərt davrana bilirlər. Olduqca qürurludurlar. Xəyanəti heç vaxt bağışlamazlar. Bunu büruzə verməzlər. Üzə vurmadıqları üçün bu haldan xəstələnə bilir.
Bu bürcün qadınları sevdiklərinə qarşı sadiq olurlar. Sadiq olduqları qədər qısqancdırlar. Sevgi onlar üçün əsasdır. Evlilik mövzusunda ciddi şəkildə düşünərlər. Pis xüsusiyyətləri içind çox bağlı olması var. Həddindən artıq həssas olmaları onlar üçün çox vaxt problem yaradar. Çox vaxt özlərinə yazıqları gəlir. Bəzən tez əsəbləşə bilirlər. Səyahəti çox sevirlər.
Adətən yumru sifət quruluşuna sahib olurlar. Saçları olduqca gurdur. Nə uzun və qısa boyludurlar. Geyim tərzləri özlərinə məxsus olur.