Əqrəb bürcü qadını son dərəcə cazibəli, istəklərinə çatmaqda məqsədyönlü, olduqca ağıllı olan bir qadındır. Xoş bir yumor hissinə malik olurlar. Məğrur qadın olduqlarını da unutmamaq lazımdır. Əqrəb bürcündən olan qadınlar çox vaxt qısqanclıqlarını üzə vururlar. Özündən üstün olanları, sevdiyini və dostlarını hər zaman qısqanırlar. Bu bürcün qadınları üçün dostluq olduqca vacibdir. Dostlarını diqqətlə seçirlər, adətən bu insanlar sevilib, sayılan insanlar olar. İnsanlara asanlıqla güvənməzlər, buna görə də onlarla dost olmaq çətindir.
Dürüst xarekterə malik bürcdür. Özünə heç vaxt yalan danışmadığı kimi, başqalarını da yalan deməz. Qarşındakı insanın yalan danışdığını öyrənsə, həmin insandan uzaqlaşar. Bu bürcün qadınları olduqca qürurludur. Cəsur xarekterə malikdir, tutduğunu qoparır. Hər kəsə qarşı şübhəçi yanaşırlar. Qıraqdan çox məntiqli görsənsələr də, içlərində incə bir həssaslıq vardır.
Əqrəb bürcü qadını insanların ona etdiyi pis və yaxşı heçnəyi unutmaz. Yaxşılığa yaxşılıqla, pisliyə pisliklə cavab verər. Əqrəb bürcünün intiqam hissi çox inkişaf etmişdir. Bu bürcün təbii bir cazibəsi vardır. Xüsusilə kişiləri özlərinə çəkər. Bu bürcdən olan qadınlar sadiqdir. Heç kəsi yarı yolda buraxmazlar.
Bu bürcün qadınları gizli xarekterə sahib olan kişilərdən uzaq durarlar. Qarşısındakı insan olduqca dürüst olmalıdır.
Bu bürcün qadınları tam qadın kimi görünərlər. Dərin baxışlara malik olar. Alınları genişdir. Daha çox qara rəngli geyimlərə üstünlük verirlər.