Qadin.NET / Qoç bürcü qadını

Qoç bürcü qadını

Qoç bürcü qadını

21 mart 20 aprel arasında dünyaya gələn qadınlar gülər üzlü, şən və hərəkətli olaraq tanınarlar.

Qoç bürcü qadınının təbiəti oddur. Ona görə tez özündən çıxıb, tez barışan təbiətə malik olurlar. Həmçinin mərhəmətli xarekterləri var

Qoç bürcü qadını başqalarının köməyinə qaçmağı, hər kəsə yaxşılıq etməyi sevir. Son dərəcə enerjili xarekterə malikdirlər və başqaları üçün çalışmaq onlara çətin gəlməz. Köhnə astroloji əl yazmalara görə qoç bürcü üçün dürüstlük vacibdir.Dürüst olmayan insanlarla münasibətləri uzun çəkmir.

Bu qadınlar kişilərə boyun əymirlər. Bu bürcün bəzi qadınları kişi xarekterlidirlər. Tez sıxılan xarekterə malikdirlər. Başladıqları işi tez bitirmək istəyərlər. Əks halda həvəslərini itirərlər. Ağıllı olurlar. Hər işi asanlıqla qavraya bilirlər. Bütün bürclər içində ən üsyankar bürc olaraq tanınır

 

Qoç bürcü qadını

 

Çox çalışqan olurlar. Yaşları artıqca etibarlı olurlar. Həyat yoldaşları tərəfindən çox sevilən qadın olurlar. Bu bürcün qadınların çox qısqanılan olar. Ona görə düşmənləri də çox olar. 

 Qoç bürcü qadınları hər zaman hər kəs tərəfindən bəyənilmək istəyirlər. Bundan olduqca zövq alırlar. Hər kəs tərəfindən bəyənilən qadın olmasına baxmayaraq, öz güvənləri çox güclü olmur. Hər zaman əksik tərəfləri olduğunu düşünürlər. 

 

Qoç bürcü qadını

 

Qoç bürcü qadını münasibətdə olduğu insanı hamıdan qısqana bilər. Münasibətdə olduğu insanı heç kimlə paylaşmaq istəməz. Əslində azadlığına bağlıdır, bir kişiyə həyatında sonuncu kişi olduğunu düşündüyü an bağlanar. Yumşaq xarekterli və qayğıkeş kişilərdən xoşları gəlir. Yanında rahat ola bildiyi insanları seçir.

Mənfi cəhətləri: Tez reaksiya verəndir. Səbr etməyi bilmir. Tez hirslənə bilir. İnadkardır. Bəzən də eqoist hərəkətlər sərgiləyir. 

 

20 yanvar 2017
GO BACK