Qadin.NET / Canlı qidalar və 68 yaşlı gənc nənə

Canlı qidalar və 68 yaşlı gənc nənə

 


Şəkildəki qadın Karin Kalabrisdir. 2015-ci ildə onun 68 yaşı tamam olub. Bu yaşda belə sağlam görünən birinə rast gəlmək müşkül məsələdir.

 

“Mən heç vaxt çiyyemə və vegeteryanlıq yolunu yalnız bişmiş düyü, tərəvəzlər, adi salatlar və pomidorlarla keçə bilməzdim. Mənə yeni ətirlər, teksturalar və rənglər lazımdır. Mən meyvə və tərəvəzlər, dənli bitkilər və cücərtilərin ekzotik vəhdətinə olan sevgimi insanlarla bölüşmək istəyirəm. Bizə verilən ən dəyərli və gözəl hədiyyə bizim bədənimizdir. Canlı qida onu sağlam saxlamağa kömək edəcək” – Karin deyir.

Çikaqoda Karinin “Karyn’s Fresh Corner” adlı restoranı var. Bu restoran yalnız çiy qidalar təklif edir. Dünyada çiyyeyənlər sürətlə çoxalsa da restoranlar hələ çox azdır. 25 ildir çiy qidalanan Karinin anası və nənəsi 61 yaşında vəfat ediblər. Ona görə də onun üçün sağlamlıq, çiy qidalanmaya keçmək üçün əsas motivasiya olub. İndi Karin orqanizmin təmizlənməsiylə bağlı dərslər keçir və davamlı oruc tutur. Çiy qidalananlar üçün restoranın uğurundan sonra Karin veqan restoranı açdı.

“Çiy qida restoranı mənim işdə ilk təcrübəm olub və bu, ölkədə çiy yeməklərdən ibarət menyu təklif edən ən köhnə restorandır. Mən bununla fəxr edirəm. Təhsil ən çox məşğul olduğum işdir. İnanıram ki, insanlara sağlam qidalanmağı öyrətmək lazımdır. Buna görə də hər iki restoranımda yalnız veqan menyu təklif edilir, bizdə ət, balıq, toyuq və süd məhsullarına yer yoxdur. Bu restoranda heç bir yeməyi isitmirik, bizdə hətta plitə də yoxdur, yalnız dehidratorlar var (quruducu). Belə hesab edirəm ki, və hətta özümə də bunu deyiblər, – bizim restoranın menyusu ölkədəki ən geniş çeşidli menyudur. Mənim bahalı yeməklər verilən restoranım da var. Burada çox çətin və nadir yeməklər təklif olunur. Bizdə çiy dondurma da var, – soyasız və süd məhsulları istifadə edilməyən.

 

Canlı qidalar və 68 yaşlı gənc nənə


İnsanlar düşünür ki, çiy qidalananların rasionu yalnız salatlar, pomidor və xiyardan ibatədir. Bu çox sıxıcı olardı mənim üçün. 25 ildən çoxdur çiy qidalanıram və bu cür menyu ilə çox uzağa gedə bilməzdim. Mən yeməyi sevirəm, mən həyatı və rəngləri sevirəm. Müxtəlif dadlar yaradıram və öz menyum ilə fəxr edirəm. Tezliklə onu dəyişməyi düşünürəm. Kolbasalı pizza əlavə edəcəm – əlbəttə bu əsl kolbasa deyil. Bu yaxınlarda menyumuza çizburger əlavə etdik.

 

Yarım il əvvəl həyat yoldaşım üçün Çikaqoda veqan restoranı açdım. Əvvəlcə məni tənqid etdilər ki, niyə mən bişirlmiş yeməklər restoranı açmışam, əsasən də çiyyeyənlər. Lakin reallıq budur ki, çox az insan McDonald’sdan çiy qidaya keçir. Arada körpü olmalıdır və bunun yolu əvvəlcə veqan olmaqdır. Həm də mən istəyirdim ki, həyat yoldaşım nəvələrim daha sağlam qidalansınlar və onlar çiy qidalanmaya hazır deyildilər.

– Bəs veqanlıq haqqında haradan eşitdiniz?

Əslində mən veqan olmağa hazırlaşmırdım. Çox xəstəydim. Məndə insanlığa ən çox məlum olan bütün allergiya növləri var idi, dərim bərbad görünürdü. Ailəmdə hər kəs xəstələnərək vəfat edirdi. Bir dəfə anam mənə kök şirəsi içməyi öyrətdi. Və mən hər gün bu şirəni içməyə başladım. Məndə daha çox enerji yarandı və ayaq yoluna daha tez-tez gedirdim, əvvəllər isə həftədə bir dəfə ayaq yoluna gedənlərdən idim. Bundan sonra isə şirəçəkən aldım və çoxlu meyvə və tərəvəz şirəsi içirdim. Bir dəfə toyuq supu hazırlayan zaman toyuğu qazın üstündə unutdum, toyuq o qədər qaynamışdı ki, sümüklər suyun üzünə çıxmışdı. Mən buna baxdım və “sən nə edirsən?” dedim. Bu sanki ilahi bir kəşf idi, nə qədər yaxşı səslənməsə də.

Belə anda bir anlıq dayanır və düşünürsən ki, bu varvarlıqdır. Mən heyvanlarla dolu yük maşınları görəndə dua edirəm ki, onlar tezliklə sakitliyə qovuşsunlar, çünki onları qarşıda çox böyük işgəncələr gözlədiyini bilirəm və onlar da bunu hiss edirlər. Bu heyvanlar mənim balaca itimdən fərqli deyillər. Mən heç onun üstünə qışqıra bilmirəm. Heç kim heç vaxt itimin üstünə qışqırmayıb və onu döyməyib. Onun heç ağlına da gəlmir ki, kimsə onu incidə bilər. Eynilə də inəklər, atlar və donuzlar da bucürdülər. Bizim rayonda keçirilən at yarışlarını heç sevmirəm. Düşünürəm ki, ilahi, kaş ki, mən sizi azad edə bilərdim. Heyvanlara qarşı etdiyimiz vəhşiliklərdən ürəyim parçalanır.

 

– Siz veqan və ya çiyyeyən oldğunuz üçün özünüzü məhdudlaşdırmış hiss etmirsiz?

Xeyr, əslində mənə elə gəlir ki, bizim kimi qidalananların daha çox seçimi var. Bu daha yaradıcı olmağa məcbur edir, insanların əksəriyyəti kartof və ətə ilişib qalıblar. Onlar eyni şeyləri yeyirlər – hamburgerlər. Yenidən və yenidən eyni şeylər. İndi mən menyumu dəyişirəm, çünki artıq sıxılıram. Beləliklə də daha yaradıcı olmağa məcburam.

Bu insanı daha da canlandırır. Elə bir şey yoxdur ki, onun veqan və ya çiy versiyasını hazırlaya bilməyim. Mən həyat yoldaşımla restorana gedə, onun nə yediyinə baxa bilərəm və eyni dadda, lakin veqan versiyasını hazırlaya bilərəm. Bu istedadımı çoxdandır kəşf etmişəm. Bəziləri musiqi dərsləri almadan oxuya bilir, məndə isə yeməklərlə bucürdür. Buna görə də heç vaxt heç bir halda məhdudlaşmıram.

Pürrəngin bloqundan 

3 yanvar 2017
GO BACK