Bu il yeni il ağac trendləri rəngli yolkalar sayılır. Xarici saytların apardığı araşdırmaya görə, insan artıq ənənəvi yaşıl yolkaların yerinə rəngarəng yolkalara üstünlük verirlər.
Rəngli yeni il ağacı seçərkən evinizdə üstünlük verdiyiniz rəngə uyğun seçin.
Rəngli yeni il ağacları üçün bəzək ləvazimatları seçərkən də diqqətli olmaq lazımdır.
Məsələn, Tünd rəngli ağac üçün daha parlaq və açıq rəngli bəzəklərdən istifadə etmək lazımdır.
Açıq rəngli ağaclar üçün isə tünd rəngli bəzəklər daha çox uyğundur.
Bəzən ənənədən kənara çıxmaq lazımdır.