Qadin.NET / Abort

Abort

Abort

“Mən diqqət etmişəm ki,abortun tərəfdarı olanların hamısı artıq dunyaya gəlmiş insanlardır.”

 Ronaldo Reyqon

Siz elə bilirsiz o bir insan hisslərin yaşamır?! Əgər mümkün olsaydı o qaranlıqda olan uşağı danışdırsaydıq, ölümdən əvvəl keçirtdikləri hissləri müşahidə edərdik.

-Salam balacam, bağışla, mən səni dunyaya gətirməyə tam hazır deyiləm. Biz məcburuq, maddi sıxıntılar imkan vermir.

-Salam anacan, hər şeyə rəğmən mən səni sevirəm. Düzdür, mən indi bir nöqtəyəm, bir yumağam. Ancaq, inan bu nöqtə də eynilə sənin kimi yaşamaq istəyir.

-Axı balacam, sən bizi başa düşməlisən bizim özümüz çətinliklə yaşayırıq. Bu evdə bizim özümüzə yer azdır, körpə ilə isə lap darısqal olacaq.

– Anacan, az yeyərəm, az içərəm, təki siz korluq çəkməyəsiniz, təki sizə yük olmayım. Ana, bu bir ayda mən səni sevməyə başlamışam. Axı sən də məni sevirsən, mən bunu hiss edirəm, çox yaxşı hiss edirəm. Mən sənə özündən də yaxınam. Mən, sabahımı sənin ürək döyüntülərini eşitməklə açıram. Mən narahatçılıqlarından belə xəbərdaram. Axı mən sənin içindəyəm. Ana, mənim ümidlərim var axı, böyüyəndə sənə qulluq edəcəyəm, sizə kömək olacağam. Ana, bilirsən, böyüyəndə mən həkim olacağam, ancaq heç bir zaman heç bir körpəni abort etməyəcəyəm və buna izn verməyəcəm. Çünki bunun nə demək olduğunu yaxşı bilirəm. Axı niyə başa düşmürsən sənin yenidən ana olmaq fürsətin var, ancaq mənim yenidən dunyaya gəlmək fürsətim yoxdur. Axı hər kəsə yaşamaq fürsəti yalnız bir dəfə verilir. Razı olardım, hətda bu zülmət qaranlıqda balaca bir yerdə, min illərlə qalaydım, əbədi qalaydım, lakin indi ölməyə bax!

 

Aydın Hacıyev

28 dekabr 2016
GO BACK