Qadin.NET / Fərqli ölkələrdə qəhvə mədəniyyəti

Fərqli ölkələrdə qəhvə mədəniyyəti

Gündəlik içki növlərindən olan qəhvə ölkəmizdə çox da geniş yayılmasa da, hər halda nadir içki də hesab edilmir. Dünyada ilk qəhvə mağazası 1475-ci ildə Osmanlı İmperiyasının Konstantinopol şəhərində (indiki İstanbul) “Kiva Han” adı ilə açılmışdır. İlk bilinən qəhvə evi də Konstantinopolda, 1564-cü ildə açılmışdır. Dünyanın hər yerində işlədilən "coffe" sözü Osmanlı türkcəsində olan kahve sözündən götürülmüşdür. Bu söz isə qədim ərəb dilində olan bitkinin adından gəlir.

Fərqli ölkələrdə qəhvə mədəniyyəti

1683-cü ildə Osmanlı İmperiyası Müqəddəs Roma imperiyasını məhv etmək üçün onun ərazilərini işğal edərək paytaxt Vyana şəhərinə 2-ci böyük hücüm təşkil etmişdir.(ilk hücum 1529-da olmuşdu) Osmanlı hədəfinə çata bilməyib, geri qayıdan zaman onlardan qalan və müdafiə tərəfinin əlinə keçən qalıq malların içində 300 kiçik kisə qəhvə varmış. Bölüşdürmə zamanı bu kisələrə sahib çıxan Yuriy Kulsikskiy sonra onun satışına başlamışdır. Əhalinin qəhvəni alması üçün maarifləndirici, reklam xarakterli məlumatlar da yayan Yuriy qəhvə Vyanada məşhurlaşdırmışdır. Bunun ardından növbəti il o, Vyanada Qərbdə ilk qəhvə evini yaratmışdır.

Fərqli ölkələrdə qəhvə mədəniyyəti

Bir neçə il sonra ikinci qəhvə klubu Parisdə açıldı, daha sonra sürətlə Avropada yayılmağa başladı.

Fərqli ölkələrdə qəhvə mədəniyyəti

Qəhvə mədəniyyəti dünyaya yayıldıqca, hər  mədəniyyət öz yaşam tərzinə görə ondan istifadə etməyə başlamışdır.

Fərqli ölkələrdə qəhvə mədəniyyəti

Məsələn, meksikalılar digərlərindən fərqli olaraq, qəhvəni xüsusi gil qablarda hazırlayırlar və süfrəyə qəhvəyi şəkərlə təqdim edirlər.

Fərqli ölkələrdə qəhvə mədəniyyəti

İrlandiyada isə ilk dəfə qəhvə 1942-ci ildə sərnişinlərə içki kimi təqdim etmək üçün düzəldilmişdir.

Fərqli ölkələrdə qəhvə mədəniyyəti

Bəzi ölkələr isə qəhvənin hazırlanmasında xüsusi ədviyyatlardan istifadə edirlər.

Fərqli ölkələrdə qəhvə mədəniyyəti

Yunanıstanın qəhvəsi isə soyuq olur. Sərinləşdirici içki sayılır. 

Fərqli ölkələrdə qəhvə mədəniyyəti

Dünyada ən çox qəhvə istehsal edən ölkə Braziliya sayılır.

Fərqli ölkələrdə qəhvə mədəniyyəti

 

 

 

 

 



26 dekabr 2016
GO BACK