"İnsanların niyə dırnağı var?" sualına cavab üçün bir neçə teorem var. Bəziləri bunu təkamüllə əlaqələndirib, məməlilərin caynaqlarını kimi insanın da bu dırnaqlara ehtiyacı olduqlarını deyirlər. Biz gündəlik işlərimizi yerinə yetirərkən dırnaqlar bizim köməyimizə çox çatır.
Bir teoremə görə dırnaqlar dırnaq yatağını qorumaq üçün mövcuddur. Lakin bir çox tibb ekspertləri bu teoremi qəbul etmirlər. Buna sübut kimi dırnaqları düşən bəzi insanların dırnaq yatağının sərtləşməsini göstərirlər.
Dırnaqlar bizə əşyaları cızmaqda, meyvələri soymaqda, nəyisə yığmaqda, qaşınmaqda və başqa tapşırıqları yerinə yetirməkdə kömək edirlər.
Bəzi insanlar əllərindən müəyyən səbəblərdən istifadə edə bilməyəndə, ayaqlardan əl kimi istifadə etməyə başlayırlar.Nə vaxtki ayaqlar əllərdən çox istifadə olunur, o zaman ayaq dırnaqları bir çox işi görməkdə kömək edir.
Saçlar kimi dırnaqlar da keratindən və proteindən ibarətdir. Bəzi insanların dırnaqları kövrək və tez qırılan olur. Keratinin mənbəyi gelatin sayılır. Heyvanların dırnaqlarından hazırlanan qidalar bunun mənbəyi sayılır. Bu maddənin qəbulu saçların, dırnaqların kövrəkliyini aradan qaldırır. Həmçinin dəri üçün də xeyirli sayılır. Həmçinin dırnaqların kənarında yaranan ölü dəri təbəqəsi mütləq təmizlənməlidir. Bu hissə özündə bakteriyaları yığıb saxlayır. Gün ərzində dırnaqlara xüsusilə qulluq etmək lazımdır. Biz qidalanarkən dırnaqlarımızdan istər-istəməz istifadə edirik. Buna görə də ehtiyatlı və təmizkar olmaq lazımdır.