Qadin.NET / Liderlər və ağıl xəstəlikləri (2)

Liderlər və ağıl xəstəlikləri (2)

 

3 -Mahatma Gandhi:

Ağır depressiyadan əziyyət çəkən, tarixə möhrünü vurmuş bir digər lider isə Qandidir. Onu Hindistanın azadlıq mübarizəsində oynadığı aparıcı rolla hər kəs tanıyır, ancaq depressiyalı şəxsiyyətini çox az insan bilir. Qandi ən az 3 ağır depressiv epozod keçirmişdir. Hətta erkən yaşlarda intihara cəhd etdiyi, avtobioqrafiyasında özü şəxsən açıqca qeyd etmişdir. Distimik bir şəxsiyyəti, xroniki xəfif depressiyalı və ankisyetli (qayğı, qorxu, gərilim, sıxıntı halı) anormal bir şəxsiyyətə sahibdir. Həyatının son iki ilindəysə çox ağır bir depressiv epizoddan keçdiyi ətrafındakılar tərəfindən nəql edilir. Hətta köməkçisi, böyük liderin özünün də son vaxtlar bu mövzuda açıq sözlü olduğunu və onu yanına alıb mütəmadi olaraq bu iztirabdan xilas olması üçün Tanrıya yalvardığını söyləyir.

Liderlər və ağıl xəstəlikləri (2)

4 -Martin Luther Kinq: Daxilində yaşadığı şərtlər və öndəri olduğu kütlə Kinqin depresiyasının Qandiylə müqayisədə deşifrə edilməsi daha çətindir. Fəqət yenə də Qandininkinə ürkütücü şəkildə paraleldir. Kinq, arxasında Qandi kimi açıq bir avtobioqrafiya da saxlamamışdır. Hətta ondan qalan məktublar da elm adamlarının incələmələrinə açıq deyildir. Ancaq “tapıntıların yoxluğu, yoxluğun tapıntısı deyildir” deyən Ghaemi, Times jurnalında 1963-cı ildə çap edilən “ilin adamı” adlı məqalədə Kinqin iki dəfə intihara cəhd etdiyini yazdığını fərq edər. Kinqin problemli bir ruh halına sahib olduğunu göstərən təbii ki, tək sübut bu deyildir. Öndərin olduğu kütlə gərəyi, mütəmadi yürüşlərə, mintiqlərə qatılması və zənci haqlarını qazanmaq üçün etdiyi məşhur xütbələr, onu ölüm təhdidlərinin hədəfi halına gətirir. Bunun nəticəsində yaxın adamlarına tez-tez özünü basqı altında hiss etdiyini və bəlkə də artıq təqaüdə çıxmanın vaxtı gəldiyini deməyə başlayar. Xüsusilə həyatının son iki ili ağır bir depressiya ilə keçər. Həkimi Poussaintinin bir başa müşahidələlərindən və tarixi qeydlərdən aydın olduğu kimi, Kinqin təməl bir distimik şəxsiyyəti olmadığı nəticəsinə gələ bilinir. Xroniki olaraq depressiya da deyildi, ancaq Qandi kimi ən az üç çox ciddi depressiv epizoda məruz qalmışdır.

Liderlər və ağıl xəstəlikləri (2)

5 - John F. Kennedy: Psixoloji problemlərindən danışdığımız liderlər arasında haqqında ən çox sübut və sənəd olan heç şübhəsiz Ağ evin gülən üzü olaraq da tanınan Kennedidir. Amerikanın ən gənc prezidenti olan Kennedi, otuz yaşlarına qədər həyatını belə sürdürməyəcək halda idi. Hipertimik (yüksək enerjili, cəzb edici, hipercinsəl və üsyankar) bir şəxsiyyətə malikdir. Məktəb vaxtında üsyankar bir qrupu belə vardı. Hətta bir dəfə bu qrupdakı hadisələr səbəbiylə məktəbdən qovulma həddinə gəlsə də, ata Kennedi nüfuzundan istifadə edərək qovulmaqdan xilas olmuşdur. Kennedinin bu hipertimik şəxsiyyəti prezidentlik əsnasında da olduqca üstün idi. Chotae Kennedi, məktəb illəri ilə bağlı bir kitab hazırlmağı planlaşdırdığında prezident lağ edərək belə demişdi: “Bunun qiymət kitabçalarına və b. xüsusi faydası olacağını düşünmürəm. Prezident olmaq üçün çox işləmələri və məktəbdə bacarıqlı olmaları lazım olduğunu düşünən şagirdlərə tərs təsir edər”. Məktəb müdiri St. Jhon, Kennedi 17 yaşındaykən onun psixoloji dəyərləndirilməsini aparmış, İQ-i 119 olaraq təsbit etmiş və haqqında bu nəticəyə gəlmişdir: “Çox bacarıqlı bir uşaqdır, fəqət psixoloji tərəfdən baxmaq lazımdırsa, qətiliklə çıxılmaz bir haldadır”. Kennedi həyatını daim xəstəliklərlə mübarizə apararaq keçirdi. Sui-qəsdə qurban olmadan əvvəl bir neçə dəfə ölümün astanasına gəlmişdir. Kennedi ömrü boyunca keçirdiyi çox ağır ölümcül xəstəliklərdən hər dəfə xilas olmağı bacarmış və nəticədə gücləşərək hadisələrə qarşı insanüstü bir elastiklik qazanmışdır. Prezidentin hipertimik şəxsiyyəti epzodik deyildi, daimiydi. Ailə üzvlərində bipolar pozuqluğu olması da hipertimik şəxsiyyətliyini dəstəkləyər. Kennedi həyatı boyunca qazandığı bu elastikliyi liderlik illərində də effektiv istifadə etmiş, böyük krizlərin öhdəsindən özünə xas yumoristik tərziylə gəlməyi bacarmış və Amerika tarixinə adını qızıl hərflərlə yazdırmışdır. Hər birimizin günlük həyatımızda 1001 cür problemlə qarşılaşır və ruh düşkünlüyü yaşayırıq. Halbuki, minlərlə ildi filosofların, elm adamlarının söylədiyi tək bir şey vardır: Yaxşı və pis tamamilə sizin o anki baxış bucağınızla bağlı bir şeydir, gərçəkdir ancaq həqiqət deyil. Biz də bu yazını hazırlama istəyi oyandıran ən təməl ünsür, günlük həyatda qarşılaşdığımız problemləri, psixolojik narahatlıqlarımızı və hətta ən ağır depressiyalarımızı böyük problem olaraq görməkdənsə, bizi gücləndirən, bizə elastiklik qatan imtahanlar və gələcəkdə böyük işlər bacara bilmək üçün çıxması lazım olan pillələr, böyük fürsətlər olaraq görmənin bizə nə dərəcə köməkçi ola biləcəyinin altını çizir. Nə demişdik, yay nə qədər gərilsə, ox o qədər irəli düşəcəkdir.

Mənbə: NBeyin

Tərcümə: Aidə Mahmudzadə

4 dekabr 2016
GO BACK