Qadin.NET / Liderlər və ağıl xəstəlikləri (1)

Liderlər və ağıl xəstəlikləri (1)

Liderlər və ağıl xəstəlikləri (1)

Psixoloji problemlər yaşamaq bir liderdə axtarılan ilk xüsusiyyət olmamalıdır. Bunu deyə bilmək üçün bir elm adamı olmanız lazım deyil, ancaq bir elm adamı var ki, ortaya ilk baxışda diqqət çəkən nəzəriyyə atır. Zamana istiqamət vermiş, təsirlərini günümüzdə hələ də dərindən hiss etdirən böhran dövrlərinin bir nömrəli liderləri, zənn etdiyimiz qədər sağlam deyillərsə? Bu sualı heç düşündünüzmü, bilmirəm, amma Nassir Ghaemi adlı bir psixatr professoru, bu sualı faktlarıyla araşdırmışdır. Ghaemi çox vaxt xərclədiyi çalışmalar nəticəsində “Birinci sinif dəlilik” adlı kitabında çox mübahisə ediləcək bir nəzəriyyə ortaya atır: Depressiya, bipolar pozuqluq kimi problemlər, kriz vaxtlarında ən yaxşı liderləri meydana çıxarır. Güclənmə təsiri İlk baxışda zehinlərdə “necə yəni?” sualı əmələ gəlsə də, Ghaemi bu nəzəriyyəni olduqca məntiqli təməllərə söykəyir. Ghaemyə görə erkən yaşlardan etibarən sosial və psixoloji problemlərlə mübarizə aparan insanlar, bu problemlərə qarşı bir müdafiə-elastiklik qazanır. Buna da güclənmə təsiri deyilir. Yəni Ghaemi, Nitsşenin “səni öldürməyən şey gücləndirir” sözünü hipotetik deyil, elmi; nəzəri deyil, empirik tərəfdən sübut etməyə çalışmış və uğurlu da olmuşdur. Tanınan bir neçə şəxsin, xüsusilə durduğu nəzəriyyəsində Ghaemi, liderlərin şəxsi həyatlarına doğru keyfiyyətli bir araşdırma yolçuluğuna çıxır və bu adlarla bağlı maraqlı faktlar tapır. “Anormal”ın bir problem olması lazım deyil, “normal” da quruluşu gərəyi yararlı deyildir” deyən Ghaemi, əvvəlcə ağıl xəstəliyinin nə olub olmadığını bilməmizin bu mövzuya yaxınlaşmamız baxımından vacib olduğunu qeyd edərək bu şəkildə ifadə edir:”Ağıl xəstəliyi şəxsin sadəcə xəstə, gerçəklikdən tamamən qopmuş, psixotik mənasına gəlməz”. Gerçəkdən də ən geniş zehni pozuqluqlar olaraq göstərə biləcəyimiz depressiya və maniya, ümumilikdə düşünməylə bağlı heç bir təsir göstərməz, daha çox anormal ruh halıyla bağlıdır. Bu ruh halları da mütəmadi deyildir. Yəni maniakal depressiv bir şəxs daim maniakal ya da depressiv deyildir, hətta ümumilikdə sağlamdır. Söhbətin mövzusu şəxslərin durumu, əslində mani depressiyaya duyarlı olmalıdır. Bu kimi ruh hallarına bəlli fasilələrlə təsirli bir şəkildə məruz qalan fərdlərin ayaqlarına bağlanmış ağırlıqlarla yaşamaya öyrəşmələri, şəxsləri güclənmə təsiri ilə gücləndirib söhbətin mövzusu problematik ruh halı epizodlarından əlavə qalan vaxtlarda yaşadıqları hadisələri insan üstü bir müqavimət və qərarlılıqla ələ almalarına səbəb ola bilir, nəticədə bu da kriz vaxtı liderliyində olduqca böhranlı bir keyfiyyət olaraq şəxsə dəyər qata bilir. Məşhur bir bənzətməylə, mövzunu sadəcə liderlik keyfiyyətləri qazanmaq baxımından çıxarıb həyatın içinə də daxil edə bilərik: yay nə qədər gərilirsə, ox da o qədər irəli düşəcəkdir. Ancaq Ghaemi, bir səhv anlaşılmanın da önünə keçmək adına, psixolojik problemləri olan liderlərin hər vaxt yaxşı liderlik etməyəcəklərinin altını da çizməyi yaddan çıxarmır. Psixoloji problemləri olan liderləri böhranlı vaxtlarında, olmayan liderləri isə normal vaxtlarda seçərsək, bir problem yaşamarıq. İndi nəzəriyyəmizi dəstəkləyən, sübut keyfiyyətindəki adlardan bəzilərini və əziyyət çəkdikləri problemləri qeyd edək.

Liderlər və ağıl xəstəlikləri (1)

1 -Uinston Çörçill:

Çörçilli hamımız I Dünya müharibəsi əsnasındakı həmlələri və ifadələriylə tanıyırıq, ancaq çox azımız onun nə kimi ruhi sıxıntılardan əziyyət çəkdiyini bilirik. Ələ keçirilən qeydlərdən və məktublardan Çörçillin ağır və təkrarlayan depresiv epizodlardan şikayətçi olduğu bilinir. Ghaemisə bu halın onun Almaniyanın yaratdıqı təhdidi həqiqi ölçüdə dəyərləndirmə bacarığını artırdığını müdafiə edir. Raportlar Çörçillin depressiv olmadığı vaxtlarda isə hipomanik (orta səviyyədə maniakal) olduğunu göstərir. Bu halda Çörçill, günümüzdə yaşamış olsaydı o tipik bir ağıl xəstəliyi hekayəsinə mövzu ola biləcəkdir. Ancaq Ghaemiyə görə içində olduğu şərtlərdə əziyyət çəkdiyi ağır depressiv epizodlar, ona bu böhranları ələ almasında köməkçi olacaq gücü qazandırmış ola bilər.

Liderlər və ağıl xəstəlikləri (1)

2 -Abraham Lincoln:

Məşhur “Dərə keçərkən at dəyişdiriləməz” sözünün sahibi, ABŞ da köləliyin qadağan edilməsi qanununu parlamentdən keçirən, keçmiş prezident Linkoln da ağır depressiyadan şikayətçiydi. Ghaemi, depressiyanın Linkoln da siyasi gerçəkliyini gücləndirdiyini müdafiə edir. Hər nə qədər tarixçilər Linkolnın depressiyasının bir ağıl xəstəliyi olub-olmadığı barəsində bir fikir birliyinə varmasalar da, özünün çox ağır depresiv epizodlar keçirdiyi əksər tarixçilər tərəfindən təsdiqlənir. Bu epizodların bilinən nişanələri Linkolnun evlilik təklifinin rədd edilməsiylə başlayar. Arxasıyca da parlamentdəki səsləri qaçırmağa başlayan Linkoln, sonrakı həftələrdə məclis yığıncaqlarına da qatılmır. Ağır depressiya hadisələrinin ən təhlükəli tərəfi, intihara meyilli olmalarıdır. Linkolnla bağlı az bilinən gerçəklərdən biriysə onun qondarma adla intiharla bağlı bir şeir çap etdirməsi və hətta 1835 –ci ildə aşiq olduğu gənc bir qadının ölümündən sonra geçəkdən intihara cəhd etməsidir. Daxili savaş başlayarkən daha da sıxıntılı bir ruh halına bürünür və sonrasında 1862 –ci ildə 11 yaşındakı oğlu Willie tif xəstəliyindən ölüncə, bəlkə də son ağır depressiyasını keçirdi. Linkolnun bir dostu, onun haqqında, “həkimlər onun həyatı boyu tam bir lunatikliyin bir addım yaxınında olduğunu deyirlər. Bəzən işini təxirə salan tam bir dəli olur və eyni adam kimi görünmür” deyirdi. Ghaemi, bu kimi çətin dövrləri atladan Linkolunun köləliyin ən geniş yayıldığı bir dövrdə ləğv edilməsini məclisə təqdim edib keçməsinin təmin edəcək qədər güclənməsini yaratmış ola biləcəyini qeyd edir.

Mənbə: NBeyin

 

Tərcümə: Aidə

3 dekabr 2016
GO BACK