Qadin.NET / Stress səviyyəsini düşürən 4-7-8 nəfəs texnikası

Stress səviyyəsini düşürən 4-7-8 nəfəs texnikası

Stress səviyyəsini düşürən 4-7-8 nəfəs texnikası

Gün ərzində və ya gecə yatmazdan qabaq, özünüzü stressli hiss etdiyinizdə sınamağınızı məsləhət görürürük.

Hər gecə narahatçılıqdan yuxularınızmı qaçır? Vücudunuzun ehtiyacı olan yuxunu yatmırsınızmı? Əgər bu suallara “bəli” şəkilində cavab verirsinizsə, sizə ən qısa zamanda yuxunuzu gətirəcək bir məsləhət verək.

Adı, 4-7-8 metodu və dr. Dr. Andrew Weil buna “sinir sistemi üçün təbii bir sakitləşdirici” deyir. Stress səviyyəsini düşürən meditasyonla əlaqəli olaraq aparılan təcrübələr nəticəsində ortaya çıxan bu məşqi etmək çox asandır.

Yatma vaxtınızla bərabər dr. Weil, bu məşqi stresslə boğuştuğunuz hər vaxt edə biləcəyinizi söyləyir. Şəkəriniz düşdüyündə, sevgilinizlə dalaşdığınızda və digər hallar olduğunda mütləq sınayın. Özünüzü daha rahatlamış hiss edəcəksiniz.

Bu da 4-7-8 metodunun mərhələləri:

1. Dilinizin ucunu üst dişlərinizin arxasında yerləşdirin və bütün məşq boyunca orda qalmasını təmin edin.

2. Bütün nəfəsinizi, fit səsinə bənzər bir səs çıxararaq, ağzınızdan boşaldın.

3. Ağzınızı bağlayın və burnunuzdan 4-ə qədər sayaraq yavaşca nəfəs alın.

4. Nəfəsinizi tutun və 7-yə qədər sayın.

5. Nəfəsinizi, fit səsinə bənzər bir səs çıxararaq, 8-ə qədər sayaraq ağzınızdan xaric edin.

6. Bu bir nəfəs hərəkətləridir, indi bu məşqi 3 dəfə daha edin və 4-ə tamamlayın.

28 noyabr 2016
GO BACK