"No smoking film festival" üçün çəkilən "Biz film çəkirdik" qısametrajlı filmin ssenari müəllifi tanınmış gənc yazar Elçin Aslangilə məxsusdur.
Film siqaretin bəşəriyyətin ən böyük bəlası olmasından bəhs edir. Lakin bununla yanaşı mənim bu qısa filmdə aldığım daha bir mesaj var. Sanki bu yolla rejisor və ssenarist bizə hər şeyi biz insanın istəyindən asılı olduğunu göstərməyə çalışıblar. Biz insan olaraq nə ediriksə, özümüz özümüzə edirik. Bütün bəlaların başında bizim özümüz dururuq. Film çəkərək etdiklərimizə, seçimlərimizə, istklərimizə qarşı daha diqqətli, daha məsuliyyətli olmağı aşılayır.
Filmin ssenaristi, gənc yazar Elçin Aslangilə görə siqaret yol terrorundan, hətta nüvə bombasından da təhlükəlidir.
Qeyd edək ki, rejissor Cavad Nur və ssenari müəllifi Elçin Aslangil filmdə həm də aktyor kimi də iştirak ediblər.
Filmin montajı peşəkar montajçı, bir neçə qısa və tam metrajlı filmlərin rejissoru Müşfiq Məmmədov tərəfindən edilib.
Xatırladaq ki, filmi ərsəyə gətirən rejissor Cavad Nur eyni zamanda aktyor və ssenaristdir. Onun bu günədək bir neçə qısametrajlı filmləri olub. "To be not to be" adlı filmi bu günlərdə "Bakı Oskar" film festivalında ikinci yerlə layiq görülüb və "Ən yaxşı ssenari", "Ən yaxşı Bəstəkar" nominasiyaları üzrə də qalib seçilib.
Ssenari muellifi: Elçin Aslangil
Qurluscu Rejissor: Cavad Nur
Montaj: Musfiq Məmmədov