Hələ orta məktəbdə oxuyarkən vurulmuşdu bu sənətə-Fotoqrafiya sənətinə.İnsanların ən sevincli anlarını,həyatın özü kimi qəribə,özü kimi maraqlı anlarını həmişəlik bir kağızın üzərinə həkk etmək,bu anları əbədiləşdirmək ən böyük arzusuydu onun.Valideynlərinin təkidi ilə Bakı Dövlət Universitetinə qəbul olsa da,bu universiteti yaxşı qiymətlərlə bitirsə də əl çəkə bilmədi sevdiyi sənətdən.Artıq 15 ildir ki,minlərlə bəyin,gəlinin nişan,toy mərasimlərinin ən gözəl məqamlarını,şirin-şəkər balaların üzündəki o kövrək,o qayğısız ifadələri əbədiləşdirir.
Çəkdiyi fotolarla sevindirir,heyrətləndirir hamını.Amma bu sevincdən ən böyük pay özünə düşür Şahmar Musayevin. Çünki işinin sevilməsindən,bəyənilməsindən böyük bir hədiyyə yoxdur onun üçün...
İndi isə Şahmar Musayevin rəngarəng foto kolleksiyasından "Sevgi dolu anlar" ı Sizlərə təqdim edirəm.