Rio karnavalı Brazilyanın ən böyük şəhərlərindən biri olan Rio De Janeiro’nun adı ilə baglıdı
Karnavalın adı ilk dəfə 1723 cü ildə Rio De Janeiroda keçirilib
Bu şəhər əsasən 38 metrlik İsa heykəli,plyajlar,sambası ilə məşhurdu.
O zamanlar Portekiz adalarından Brazilyaya köçənlər özləri ilə Entrudo adlı bir əyləncə gətirmişdilər.Bu əyləncədə onlar bir birlərinə su ataraq əylənirdilər.19 cu illərin ortalarında yenə bir Portekizli olan Jose Nogueria de Azevedo bazar ertəsi günləri dostları ilə toplaşıb küçələrdə baraban çalaraq əyləncə keçirirdilər.Buna da Zé Pereira adını qoymuşdular.1885 ci ildə Grandes Sociedades adlı yeni bir karnaval təşkil edilmişdi.Bura imperator da daxil olmaqla 80 nəfər aristocrat qrupu da əyləncəyə qatılırdı.İkinci dünya müharibısi vaxtında festivalın keçirilməsi dayandırılmışdı.Müharibənin bitməsi ilə festival yenidən keçirilməyə başlayıb.
Karnavalın tarixi Pasxa bayramına görə dəyişir.Hər il Pasxadan 7 həftə əvvəl keçirilir.Ənənəvi olaraq cümə,şənbə,bazaar və bazaar ertəsi keçirilir.Bu 4 günün iki gününü 14 samba məktəbinin yarışması olur.
Samba qrupları 2 yerə bölünür. Və bir gündə 7 qrup Sambodrome’də çıxış edirlər. Axşam saat 9’da başlayan çıxış səhər saat 5-6 yə qədər davam edir.Bir qrupup çıxışı təxminən 70 dəqiqə olur. Məktəblər bir mövzü seçirlər və ona uygun olan kostyum seçərlər və mahnıyla dekorativ fiqurlarla bu mövzuda çıxış edərlər. Bunu ən yaxşı oynayan qrup jurilərin dəyərləndirməsi nəticəsində birinci olur,qalibə pul və ən yaxşı samba məktəbi adı verilir.
Və sonda bu əyləncəni yaşamaq istəyələr üçün 2014 ilə qədər Rio Karnavalı təqvimini təqdim edirəm.
2011 ›ci il 5, 6, 7, 8 Mart
2012 ›ci il 18, 19, 20, 21 Fevral
2013 ›cü il 9, 10, 11, 12 Fevral
2014 ›cü il 1, 2, 3, 4 Mart