Samurayların ən əsas silahı qılınc deyilmiş
Əlbəttə ki, hər birimiz samurayların qılınc oynatmada usta oldularını bilirik və onların əsas silahının da qılınc olduğunu hesab edirik. Amma əslində elə deyilmiş. Kyujitsu və Yabusame adlanan döyüşçülər də samuray hesab edilirdi və onların əsas döyüş silahlarından biri ox atma və at üzərində ox atma hesab edilirdi. Beləliklə də Samuray deyəndə tək qılınc oynadan döyüşçülər düşünməməliyik.
Olimpiada Marafon qaçışının 54 il davam etməsinə səbəb olan idmançı
1912-ci ildə keçirilən olimpiya ounlarında marafonda qaçan idmançı Şizo Kanakuri Stokholma gəldikdən sonra özünü heç də yaxşı hiss etmədiyi üçün heç kəsə demədən vətəninə qayıtmışdı. Rəsmi İsveç isə 50 il ərzində onu itmiş şəxs kimi hesab etmişdi. Yalnız 1966-cı ildə onun sağ olması və ölkəsində olması bilindikdən sonra o geri qayıdaraq yarışını bitirmişdi. Beləliklə də onun qaçış vaxtı 54 il, 8 ay, 6 gün, 5 saat və 20.379 sanyə olmuşdu.