Qadin.NET / Dünyanın ən bahalı qadını

Dünyanın ən bahalı qadını


Dünyanın ən bahalı qadını


Dünyanın ən bahalı qadını
 
Dünyanın ən bahalı qadını Cenifer Lopezdi. O, 1969- cu il iyulun 24-də Cənubi Bronskda doğulub.Hal-hazırda 41 yaşı var. Ceniferin özündən böyük Linda və Lesli adlı iki bacısı var.Cenifer Lopez ABŞ kino ulduzu və pop-estrada müğənnisidir.Həmçinin maniken kimi də fəaliyyət göstərir. Boyu 165 sm, çəkisi 57 kq, sinəsi 86 sm, beli 66 sm, omba genişliyi 102 sm, saçlarının rəngi şabalıdı, gözləri qonur rənglidir.
Məşhur müğənninin qıvraq dansları ilə cəsurca sərgilədiyi vücudu New Yorklu bir sığorta şirkəti tərəfindən 1milyard avro'ya sığortalandı.
 
Dünyanın ən bahalı qadını

Dünyanın ən bahalı qadını
 
 Cenifer Lopez indi aktrisa, müğənni kimi karyerasının ən yüksək nöqtəsinə çatıb. Ən məşhur şirkətlər milyonlarla dollar qonorar ayıraraq Ceniferin onların məhsulunun reklamında çəkilməsinə çalışırlar. Özünün “J.Lo” geyim markasını təsis edib. Artıq bütün dünyada onun parfümü çıxır. O, bütün arzularının reallığa çevrildiyini bildirir. Bronksdan olan qızcığaz indi Hollivudun kraliçasıdır. Ən əsası isə Ceni bütün dünyadakı milyonlarla pərəstişkarının qəlbini fəth edə bilib.
Cenifer Lopes 2006-cı ilin sonunda həmyerlimiz, “AST” Şirkətlər Qrupunun sahibi Telman İsmayılovun 50 illik yubileyində iştirak etmək üçün 1,5 milyon dollar qonorar müqabilində Moskvaya səfər edib. “AST”-nin rəhbəri məşhur müğənniyə üzərində brilyantlar olan və qızıl suyuna çəkilmiş mikrofon hədiyyə edib.
 
Dünyanın ən bahalı qadını

Dünyanın ən bahalı qadını
16 iyun 2011
GO BACK