Qadin.NET / Müasir Robinzon Kruzo

Müasir Robinzon Kruzo

Müasir Robinzon Kruzo

Keçmiş biznesmen Devid Qleşen tarixə Avstraliyanın Robinzon Kruzosu kimi düşüb.

Hər şey qocanın internetdəki tanışlıq saytlarında özünə xanım axtarması barədə elan verdikdən sonra məlum olub. Bir neçə il öncə həyat yoldaşından boşandıqdan və fond birjasında milyonlarla (6,5 milyon) dollar itirdikdən sonra Qleşen hər şeyi ataraq özünün şəxsi adasında yeni həyat qurmaq qərarına gəlib.

Müasir Robinzon Kruzo

Adada Kvazi adlı sədaqətli iti ilə yaşayan Qleşin 1987-ci ildən tək yaşamağa üstünlük verib. “Bərpa Adası” adlandırılan adaya birdəfəlik köçmüş Devid bu cür yaşayış tərzinin çox gözəl olduğunu iddia edir. 

Müasir Robinzon Kruzo

Özünün dediyinə görə, o, adaya sevgilisi ilə birlikdə köçüb. Lakin qadın bir qədər sonra adadakı həyatdan bezdiyini deyərək, Devidi tərk edib. Bu səbəbdən Qleşin adada tək qalıb. Lakin müasir “Robinzon Kruzo” adada tək yaşayışın çox yaxşı olduğunu bildirir: “Həyatda ən gözəl ayaşayış adadadır. Siz tam tək və sakit yaşayırsınız. Ən pisi isə odur ki, kiminləsə nəsə paylaşmırsan. Heç nə danışa bilmirsən”.

Müasir Robinzon Kruzo

İnternet imkanlarının geniş olduğu bu adaya tez-tez əcnəbi turistlər də üz tutur. Lakin Devid onlarla uzun-uzadı söhbət etmir. Yaşının çoxluğuna baxmayaraq, aktiv və nikbin olan bu qoca adada tərəvəz yığmaqla, pivə hazırlamaqla, hətta internetdə bahalı kağızların satışı ilə də məşğul olur. Artıq özünə normal şərait qura bilmiş Günəş enerjisindən də (Günəş batareyaları vasitəsilə) istifadə etməyi bacarır.

Müasir Robinzon Kruzo

Bütün bunlar onun kompüterinin elektrik enerjisi ilə təmin olunmasına şərait yaradır. O isə tanışlıq saytlarına daxil olaraq özünə Cümə (Robinzon Kruzonun sevgilisi) axtardığını bəyan edir: “Hərdən ümid edirəm ki, dalğalar haçansa sahilə su pərisi atacaq”.
Lakin kimsəsiz, sakit ada ona hər şeyi verib. Boş vaxtlarında balıq tutan, kokos qozu yığan qocanı adadan çıxarmaq istəyən Avstraliyanın inzibati orqanları əməkdaşlarının səyləri nəticəsiz qalıb.

19 iyul 2016
GO BACK