Qadin.NET / Rəssamın şagirdinə verdiyi dərs

Rəssamın şagirdinə verdiyi dərs

Rəssamın şagirdinə verdiyi dərs

Bir nəfər vardı. Bir neçə il məşhur bir rəssamın yanında şagirdlik etmişdi. Həm də bu sənətin nə incəlik və dəqiqliyi vardısa ustadından əxz etmişdi. 
Günlərin birində müəllimi onu yanına çağırıb dedi ki, oğul, sən artıq özün böyük usta olmusan. Daha mənim sənə öyrədəcək bir biliyim, təcrübəm də qalmayıb. 
Bunu eşidən tələbəsi dilxor oldu. Artıq bilmirdi nə etsin, amma ürəyində öyrənmək şövqü qalmışdı. Onun ağlına belə bir fikir gəldi.

Rəssamın şagirdinə verdiyi dərs

O, şəhər meydanına gedib fövqəladə bir rəsm nümunəsi yaratdı. Bir miqdar rəng və qələm də əsərin yanına qoydu. Yol keçənlərdən xahiş elədi ki, əgər bir yerdə səhv və xəta görürlərsə həmin yerə x işarəsi qoysunlar. Axşam olduqda gördü ki, tablo başdan ayağa x işarəsilə doludur. Yaman narahat oldu, müəlliminin yanına gəlib məsələni ona danışdı. 

Rəssamın şagirdinə verdiyi dərs

Müəllim ona dedi: O əsərdən eynisini bir daha çəkə bilərsən? Şagird eynisini hazırladı. Ustad həmin nümunəni şəhər meydanına gətirdi. Yanına da qələm, rəng qoydu. Üstəlik bir yazı da yazdı: Zəhmət olmasa, bir səhv görürsünüzsə, bu qələm, bu da rəng, götürün düzəldin. 
Axşam qayıdıb gördülər ki, tabloya heç əl dəyməyib. Ustad dedi:
- Bala, bütün camaatın tənqid qüdrəti var, ancaq onu düzəltməyə cürətləri yoxdur. Doğru yol göstərmədən tənqid etməyin heç bir dəyəri yoxdur. Odur ki, ürəyini sıxma. 
Beləliklə, ustad şagirdinə çox önəmli dərs verdi. 

F.A

6 iyul 2016
GO BACK