Məsafədən işləmək və sərbəst iş qrafiki bu günün trendləridir.
Bir çox hallarda elə təəssürat yaranır ki, məsafədən iş sonsuz bir həzz və işsiz-gücsüz gəzmək deməkdir. Və yaxud da, yalnız bir-neçə ay ofisə getmədən işləyən şəxs düzgün nəticə çıxara bilər.
Məsafədən işləməyin üstünlükləri və çatışmazlıqları
Beləliklə, məsafədən işləmək – işçinin əmək funksiyalarını şirkətin ofisindən kənarda yerinə yetirdiyi əmək münasibətləri formasıdır.
Bəzi insanlara peşəkar fəaliyyətlə ev işlərini eyni vaxtda yerinə yetirmək zövq verir, başqaları isə bunun qəti surətdə əleyhinədir. Əgər siz ailəlisiniz və yorulmadan iki işdə işləyirsinizsə, başqa şəhərdə yaşayırsınızsa, yola sərf etməyə vaxtınız yoxdursa və ya sadəcə olaraq xəstələnmişsinizsə, bu halda «məsafədən işləmək» yaranmış vəziyyətdən çıxmağın ən optimal yoludur.
Elitsolutions şirkətinin marketinq üzrə meneceri Mədinə Orduxanovanınsözlərinə görə, istənilən digər işdə olduğu kimi, məsafədən işin də öz müsbət və çatışmayan cəhətləri var.
«Lakin əksər hallarda, evdə işləyərkən işçidə günah hissi yaranmağa başlayır və o özünü istirahət günləri və gecədən xeyli keçmiş işlə yükləyir. Beləliklə, sağlamlıq üçün zərərli ola biləcək vərdişlər yaranır. Bəzən insan o qədər tənbəlliyə tutula bilər ki, özünə də baxmır», – deyə menecer bildirir.
Kimin üçünsə ofisdə işləmək, hər gün öz həmkarlarını görmək, hər zaman tonusda olmaq və həmkarlarının iştirakı ilə öz peşəkar vərdişlərini təkmilləşdirmək daha xoşdur.
İşəgötürən üçün üstünlüklər | İşçi üçün üstünlüklər |
Əlavə məsrəflərə qənaət (kommunal xərclər, icarə haqqı) | Sərbəst iş qrafiki |
Təşkilati texnika və dəftərxana məsrəflərində qənaət | Məsrəflərə qənaət (yol, yemək, ofis paltarı və sair xırda məsrəflər) |
Təşkilati texnikanın saxlanması xərclərinə qənaət | Eyni zamanda bir neçə işəgötürən üçün işləmək imkanı |
İşçiyə yalnız iş gördüyü vaxta və yerinə yetirilmiş layihəyə görə pul verilməsi | Şirkətin maliyyə vəziyyətinin pis olduğu təqdirdə iş yerinin qorunub saxlanması |
Vergi və ayırmalara qənaət | Dress-kodun olmaması |
Ofis işçisindən daha az əməkhaqqı vermək imkanı | Adət olunmuş şərait |
Sosial paketlərdə qənaətlər | Paralel olaraq ev işlərini (şəxsi işləri) yerinə yetirmək imkanı |
Şirkətin maliyyə vəziyyətinin pis olduğu təqdirdə ştatın qorunub saxlanması imkanı | Müxtəlif şirkətlərdə işləmək imkanı hesabına işin əmək tutumluluğunun azaldılması |
Cədvəllərdən göründüyü kimi, məsafədən işləməyin həm işəgötürən, həm də işçi üçün müsbət və mənfi tərəfləri var. Bunun konkret hallarda nə qədər effektiv olduğuna isə təşkilatın fəaliyyət istiqamətindən, işçi heyətin kateqoriyasından və müəssisənin qarşısında duran məqsədlərdən asılı olaraq, biznes sahibinin özünün işidir.
İşəgötürən üçün mənfi cəhətlər | İşçi üçün mənfi cəhətlər |
İşçilərin təsbit olunmuş vəzifələrinin və məsuliyyətinin, habelə onlara təsir vasitələrinin olmaması | Sosiumun, təşkilati mühitin olmaması |
Məsafədən işləyən işçidən istifadə etməyin mümkünsüzlüyü | Sabit yüklənmə və əməkhaqqının olmaması |
Nəzarətin çətinliyi | Qanunvericiliyə uyğun olaraq, hüquq və zəmanətlərin olmaması |
Məsafədən işləyən işçinin sərəncamında aşağıdakı parametrli kompüterin olması arzıolunandır:CPU Celeron 2,6 QHs-dən pis olmmaq şərti ilə, operativ yaddaş 2048Mb, HDD 120Gb, Windows XP və ya Windows 7, MS Office 2003, 2007, 2010, antivirus proqramm təminatı, limitsiz tarif planı ilə internetə fasiləsiz çıxış, ən azı 512 Kbit/san. sürətlə | Dələduzluq sistemlərinin qurbanı olmaq təhlükəsi |
Fiksə olunmuş İP ünvanın olması arzuolunandır | Diqqətin yayılması amilinin güclü olması |
Virtual ofis və ofisi təmsil edən işçilərin evdə olması – şirkətin nüfuzuna mənfi təsir edən amillərdir | Kommunal məsrəflərin işəgötürən tərəfindən ödənilməsi üçün ayrıca uçotun aparılması zərurəti |
Kollektivin əməkdaşlarına və komandada işə təsir imkanının olmaması | Hüquq və vəzifələrin təsbit olunmaması |
Ardı var...