Qadin.NET / Frida Kahlonun 50 il bağlı olan qarderobundan

Frida Kahlonun 50 il bağlı olan qarderobundan

Frida Kahlonun 50 il bağlı olan qarderobundan

Uçmaq istəyib uçmayan, sevgisinə görə ağla gəlməyəcək mənəvi acılara məruz qalmış və bu acıları içində yaşamış; itib getmiş bir qadın. Acılar içində keçmiş bir həyat, acıya öyrəşmiş bir qadın ...

"Acılarımı boğmaq üçün içdim; amma lənətə gəlmiş üzməyi öyrəndi...”  

Frida Kahlonun 50 il bağlı olan qarderobundan

Deyən, sevdiyi kişiyə görə bir çox xəyal qırıqlığları yaşamış bir qadın. Keçirdiyi avtomobil qəzadan sonra başına olmazın şeylər gələn Frida, həyatındakı digər qəzanın da, özü kimi rəssam olan Dieqonu sevmək olduğunu söyləyir.  

Frida Kahlonun 50 il bağlı olan qarderobundan

“Məni anlamadın deməyəcəyəm. Məni anladın Zatən ən dözülməz acıda budur Sən məni anladın. Anladığın halda canımı yandırdın” Frida Dieqoya demiş. Və, bunları da əlavə etmiş Dieqoya göndərdiyi məktuba...  

Frida Kahlonun 50 il bağlı olan qarderobundan

-“Səni sevməyə başlayalı çox uzun zaman oldu. Səni sevməyə başlayanda, kiçik bir qız uşağı idim. İndisə bədəni çürüməyə başlayan yaşlı bir qadınam. Əslində bütün bədənlər çürüyür, Dieqom.

“ -“ Amma acı çəkən ürəyi varsa bir bədənin, daha sürətlə çürüyür. Dieqo mənim acı çəkən bir ürəyim var. Səni sevməyə başladığım o gündən bəri , acı çəkən bir ürəyim var.” 

Frida Kahlonun 50 il bağlı olan qarderobundan

-“Məni anlamadın deməyəcəyəm. Məni anladın. Zatən ən dözülməz acı budur. Sən məni anladın. Anladığın halda canımı yandırdın Dieqo”.  

Frida Kahlonun 50 il bağlı olan qarderobundan

-“ Mən də səni anlamaq istədim. Bütün həyatımı, həyatımın hər bir zərrəsini səni anlamağa həsr etdim. Sən hara getdinsə, mən də getdim. Sən nəyə güldünsə, ona güldüm. Səni kim sevdisə onu sevdim. Məndə tapmadığın və başqa qadınlarda axtardığını kəşf etmək üçün, sənin öpdüyün qadınları öpdüm. Toxunduğun qadınlara toxundum”.  

Frida Kahlonun 50 il bağlı olan qarderobundan

-“Sənin sevmədiklərini də sevdim Dieqo. Niyə sevmədiyini anlamaq üçün, onları sevdim ... Ya da sevməyə çalışdım. Bəlkə də içimdəki sənə aid qəzəbi dindirmək üçün etdim. Qəzəbim dinmədi, Dieqo. 

Frida Kahlonun 50 il bağlı olan qarderobundan

-“Səninlə Amerikaya gəlməyimi istədiyində, mənim olduğunu zənn etdim. Ən böyük xətam o oldu. Sən nə mənim, nə başqa bir qadının ola bilməzdin. Kiməsə aid ola bilməzdin. Ruhun buna izn verməzdi. Halbuki mən həmişə sənə aid oldum.  

Frida Kahlonun 50 il bağlı olan qarderobundan

-“ Bircə sənin uşağını dünyaya gətirmək istədim. Ah Dieqom, bu darmadağın bətnimdən nifrət etdim, körpəmizi saxlamayınca, çıxarıb atmaq istədim. Sənə uşaq verməyən bir orqanı daşımaq mənə çətin oldu.” 

Frida Kahlonun 50 il bağlı olan qarderobundan

-“Qanlar içində bəyaz örtük üzərində qaldığımda, mənə necə üzülərək baxdığını gördüm. Öləcəyimdən necə qorxduğunu, buna görə ölmədim Dieqom. Sən məyus olma deyə. Və məni tərk etdiyində, o qanlar içində qaldığım günkü acı dolu baxışlarına sığınaraq, ağrılı məktublar yazdım. Çarəsizlik qoxan, qadınlıq qürurumu ayaqlar altına aldığım məktublar yazdım. Mənə rəhm et və geri dön istədim. Buna belə razıydım Sevgilim...” 

Frida Kahlonun 50 il bağlı olan qarderobundan

-“Sənin çirkin olduğunu deyən anama nifrət etdim. Sənə mənim kimi baxmayan hər kəsdən nifrət etdim. Sənin gözəlliyini görməmələrini anlamadım.”  

Frida Kahlonun 50 il bağlı olan qarderobundan

-“Qurbağa sevgilim, Dieqom... Sən mənə dünyanın ən böyük ağrısını yaşatdın. Günbəgün öldüm, səni sevməyə başladığımdan”

Frida Kahlonun 50 il bağlı olan qarderobundan

-“Amma sevgilim, dünyaya bir daha gəlsəydim yenə səni sevərdim. Canlı canlı çürüyəcəyimi bilərək!”

10 iyul 2016
GO BACK