Qadin.NET / Səhra əqrəbi

Səhra əqrəbi

Səhra əqrəbi

Səhra əqrəbinin gözləri, demək olar ki, görmür. Lakin ayaqlarının ucunda yerləşən və "milimetrin milyonda birindən daha kiçik titrəməyə" səbəb olan hərəkətləri də müəyyən edən qəbuledicilər vasitəsilə ovunu təqib edə və düşmənlərindən qaça bilir.

Kəpənəyin qonması kimi kiçik bir hərəkət qumda titrəmə dalğası əmələ gətirir. Hər iki dalğanın yayılma sürəti müxtəlifdir. Əqrəb bu iki dalğanın ona çatdığı müddət arasındakı fərqi hesablayaraq ova olan məsafəsini təyin edir.

Səhra əqrəbi

Ovdan yayılan aşağı sürətli dalğanın əqrəbin ən yaxın qəbuledicisi ilə ən uzaq qəbuledicisinə çatmasından ovun istiqaməti dəqiq müəyyən edilir. Hətta əqrəbin dəqiq hesablama aparması üçün bu son iki siqnal bir az gecikdirilir. Lakin bu gecikdirmə göz qırpma müddətindən də qısa bir zamanda baş verir. Belə ki, əgər iki siqnal arasındakı fərq saniyənin beş yüzdə biri qədərdirsə, əqrəb dərhal hücuma keçir. Əqrəbin saniyədə yüz dəfələrlə təsbit edən və hesaplama aparan qəbulediciləri, sanki kompüter şəbəkəsi kimi işləyir.

Səhra əqrəbi

Şübhəsiz ki, əqrəbin bu mükəmməl ovlanma metodu uca Allah’ın qüsursuz yaratmasının nümunələrindəndir.
… Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil? (Fussilət surəsi, 53)


14 iyun 2016
GO BACK