Bu qeyri-adi hadisə Çində baş vermişdir. Üç yaşlı uşağın yataq xəstəsi anasına qulluq etməsi xəbəri az müddət ərzində bütün dünyaya yayıldı. Bütün bunlara səbəb avtomobil qəzası idi ki, nəticədə nənə və baba həyatlarını itirmiş, ana isə xəsarət almışdı. Uşağın özü isə yüngül zədələrlə sağ çıxa bilmişdi. Məhkəmə ikinci maşının sürücüsünü günahkar bilmədiyinə görə uşağın anasına kompensasiya verilməsi, həmçinin sığortadan pul verilməsi rədd edilmişdi.
Nəticədə ona bir çarpayı ayrılmışdı ki, heç baxıcısı da yox idi. Heç kəsə də ümid bağlamaq olmurdu. Axı bu biçarə qadının nə qohum-əqrabası, nə də əri vardı ki, ona yardım əlini uzatsın. Düşünülürdü ki, daha çıxış yolu yoxdur və bəlkə də kimdəsə insani hisslər oyana bilərdi ki, köməyə ehtiyac duyan bu insana şəfqət göstərsin.
Ancaq kimin ağlına gələrdi ki, üç gündən sonra bu qadına tibb bacısı deyil, onun 3 yaşlı qızı Nyu qulluq edəcəkdi? Ancaq nəhayət hər şey yaxşı sonluqla nəticələndi. Anası ilə yanaşı ona qulluq edən uşaq xəstəxanada olan müddətdə Çinin bütün məntəqələrindən yardım göndərilməyə başladı. Nəticədə onlar xəstəxanadan çıxarkən artıq imkanlı bir ailəyə çevrilmişdilər.
Hazırladı: F.A.