"Ulduz müharibəsi" ("Star Wars") filminin azarkeşi olan gənc cütlük öz arzularıdıqları kimi toy mərasimi keçiriblər. Maadi cəhətdən imkanlarını nəzərə alıb xəyalını qurduları şəkildə evləndilər. Kristel Ciocon və Earle Daudera cütlüyünün toy şəkillərini sizlərə təqdim etməkdən məmnunluq duyuram.
Kristel Ciocon deyir: "Ulduz müharibəsi" filmi mənim üçün bir növ ilham mənbəyi və qaçış deməkdir.
Bizi bir birimizə bağlayan, aşiq edən çox səbəblər var. Lakin "Ulduz müharibəsi" bu səbəblərin duzu-istiotudur.
"Ulduz müharibəsi" mövzusunda toy mərasimi deyil, məhz həmin məkanda və o cür toyumuz olsun istədik.
Əslində biz ikimizdən başqa heç də hər kəsdə işıldayan qılıc yox idi. Biz bunu fotomontajçıya borcluyuq.
Masalara yadplanetlilərin adılarını yazıb qoymuşduq. Çoxları buna fikir vermədi ancaq bizim üçün xoş idi.
İnanmayacaqsınız, ancaq toyumuz öz evimizdə reallaşıb.
Hər hansı bir məkanı icarəyə götürüb xərc çəkməkdənsə, ev alıb öz evimizdə toyumuzu etməyi düşündük.
Qeyri-adi effektlər qonaqlarımız üçün sürpriz olmuşdu.
Bu ideya bir çoxları kimi anamın da xoşuna gəlməmişdi.
Ancaq tədricən verdiyimiz qərardan və toy mərasimi davam edərkən gözlərinin parlamasından anladım ki, o da bəyəndi.
Biz çox xoşbəxtik. Ən vacibi də budur.