Bütün rəssamlar dünyanı gözəlləşdirməyə çalışırlar. Devid Martiaşvili də özünü bu əlvan rənglərdə görür. Bu gözəl və eyni zamanda huzurverici rəsm əsərləri onun Vətənini, Gürcüstanı əks etdirir. Estetik gözəllik və xoş aura bəxş edən bu rəsm əsərləri Devid özü belə təsvir edib: "Mən istəyirəm ki, çəkdiyim şəkillər insanda bayram ab-havası oyatsın, əhvalını yüksəltsin, pozitiv etsin. Çünki indiki zamanda buna ehtiyac çoxdur". Əziz Qadin.Netlilər, gəlin, o gözəlliklərə birlikdə baxaq və hamılıqla zövq alaq.
Çox gözəldir. Sanki yenidən Gürcüstanı dolaşıram.
Bu bənzərsiz mənzərə məndə nastalgiya hisslərini oyadır.
Təbii təsvirlərlə, rənglərin əlvanlığı ilə diqqət çəkir.
Rəssamın istedadı hər rəsm əsərində bir az daha qabarır.
Gürcüstanda olmamısınızsa, bu rəsm ərəslərindən sonra mütləq gedib gəzmək istəyəcəksiniz.
Möhtəşəm və bir o qədər huzurvericidir.
Əminəm ki, dincəldiniz.