Hər birimizin evində cürbəcür dibçək gülləri var. Onların gözəlliyinə heyran olmaqla yanaşı onlardan zövq alırıq. Otağımızın, evimizin gözəl görünməsi ilə birlikdə ətrini və havasını da gözəlləşdirir dibçək gülləri. Bilirsinizmi ki, bu dibçək güllərinin həm də şans və xoşbəxtlik gətirmə xüsusuiyyətləri var?!
Bu gül Anturium adlanır. Başqa adla desək "kişi xoşbəxtliyi". Bu gül evdə yaşayan kişilərə şans və xoşbəxtlik gətirir.
Fialka. Bu gülün yetişdirildiyi evdə mübahisələrə çox az rast gəlmək olar. Çoxları isə bu gülü sevgi simvolu kimi tanıyır.
Hoya gülü. Bir çox ölkələrdə bu gülü 14 fevral, Sevgililər günündə hədiyyə edirlər. Evlilik həyatınıza çox gözəl təsir edəcək. Əsasən yataq otağında yerləşdirilməsi məsləhət edilir.
Xalateya gülü. Bu gül bir çox ölkələrdə ailə həyatının xoşbəxtlik simvolu kimi sevilir.
Spatifilium gülü. Bu gül olduğu evdə yalnız insan varsa, deməli tezliklə öz yarısını tapacaq. Bu gülün başqa adı da "Qadın xoşbəxtliyi" adlanır. Əgər cavan ailənin evində bu gül varsa bu evdə tezliklə körpə səsi də eşidiləcəyinə inanılır. Çünki bu gül olduğu evin sahibəsinəhər zaman müsbət enerji verir.
Xlorofitum gülü. El arasında bu gülün ailə həyatına sakitlik və harmoniya bəxş etdiyi deyilir.
Aihrizon gülü. Sevgi və xoşbəxtlik ağacı. Çox gözəl aurası olan bir güldür.
Mirt gülü. Bu gülü bir çox ölkələrdə bu gülü yeni ailə həyatı quran gənclərə hədiyyə edirlər. Bu gülün yeni ailə quran gənclərə xoşbəxtlik gətirəcəyinə inanırlar.
Kisliçsa və ya Oksalis gülü. Rəngi və görünüşü kimi bəxş etdiyi enerji də möhtəşəmdir. Əgər işlərinizdə və şəxsi həyatınızda uğur istəyirsinizsə dərhal evinizə Oksalis gülü alın).
Hibiskus və ya Kitay roza gülü. Bu gülün olduğu evdə tezliklə şad xəbərlərin, yeniliklərin olacağı gözlənilir.
Əlbəttə ki, xoşbəxtliyi və sevgini bizə bəxş edən Allahdır. Lakin Allah yaratdığı hər bir canlı faydalı və bizim üçün lazımı yerdə istifadə etsək xeyirlidir. Ona görə də evinizdə qulluq etdiyiniz, sevdiyiniz, zövq aldığınız güllərin sizə bəxş etdiyi faydaları da bilin! Hər kəsə gözəl həyat və xoşbəxtlik arzu edirəm.