Bilirəm ki, hər kəs yay fəslini sevir. İstisindən çox bol tətil və uzun günləri üçün sevirlər. Meyvə bolluğu, oyun çoxluğu uşaqların xatirəsində yay fəslini xüsusi edir.
Səhərdən axşamadək oyna, yalnıız yeməkdən-yeməyə evə qaç! Bu cür qayğısız tətil günlərini kim istəməz?
Kəndə səfər etmək, bağda meyvə üçün ağaca dırmanmaqdan maraqlı nə ola bilər?
İslandıqca, islan. Xəstələnmək nadir hallarda olar, daha çox əyləncə və deyib-gülməklə xatirənizdə iz qoyar.
Ev quşları ilə oynamaq, cücələrin arxasınca qaçmaq, qazları qovalamaq.... Çox əyəncəlidir.
Nə qədər oynayırsan oyna, gün bitmək bilməz. Hətta Günəş batarkən "Evə" deyə səsləyən olmaz. Qayğısız, tətil günlərinə, kəndin daşlı-kəsəkli, meyvəli bağlarına qovuşmaq vaxtıdır. Yayı geniş açılan qollarla qarşılayaq. Bu yay ötən yaylardan əyləncəsi və sevinci ilə çox fərqlənməli, daha çox xatirə buraxmalıdır. Odur ki, yay tətilinizi fərqli etmək sizin əlinizdədir.