Hər gün havanın bir az daha çox isindiyinin fərqindəyik. Bütün qəlbimizlə yayın gəlişini arzu edirik. Dəniz, çimərlik, dondurma, meyvələr... Bunları bir an əvvəl reallaşdırmaq istəyirik. Gəlin baxaq görək, yayın gəlişini daha haradan anlaya bilərik?!
1. Özünüzü dolma kimi bükdüyünüz yorğanlara ehtiyacınız olmadığını anlayanda...
2. Evi isidə bilmək üçün xərclədiyiniz qaz sayğacı ödənişlərindən qurtulanda...
3. İşdən və ya məktəbdən çıxanda havanın hələ də günəşli və işıqlı olduğunu görəndə...
4. İsti ayaqqabılardan çıxıb yamyaşıl otluq üzərində ayaq yalın gəzəndə...
5. Uşaqlıqdan hər zaman sevdiyin çərpələngi doğmalarınla birlikdə uçurdanda...
6. Evə dustaq etdiyiniz velosipedinizə yenidən minib sahil boyu sürdüyünüzdə...
7. Dostlarla həyətdə əyləşib söhbət edərkən, ananız eyvandan sizi səslədiyində...
8. Havaların isinməsi ilə qalın geyimlərdən xilas olduqca daxilində sevinc hissi cücərəndə...
9. Tək dərdiniz piknik süfrəsini hara sərmək, yellənçəyi hansı ağacdan qurmaq olanda...
10. Yayın bəxş etdiyi ən kiçik qığılcım belə sizi sevindirəndə artıq yay gəlmişdir deməkdir.