Avtraliyalı bloger Sophie Cachia toyu üçün qeyri-adi bir şey etmək qərarına gəlir. Çox düşündükdən sonra standart bəyaz gəlinlik yerinə qara klassik və çox dəbli donda ailə qurmaq istəyir. Nişanlısı Jaryd isə dəri şalvar qırmızı pencək və ağ köynək geyinir.
Sophie blogunda deyir: "Özümü heç zaman ağ gəlinlikdə təsəvvür etmədim. Əgər indiyə kimi yalnız bakirə qızlarımız bəyaz gəlinlik geyinməli idisə, mənim də 18 aylıq körpəm olduğunu nəzərə alsaq mən bu yolu çoxdan aşmışam. Odur ki, yaxın günlərdə və qarşıdakı illər ərzində əlvan rəngli gəlinliklər də görsək təəccüblənmərəm."
Digər yandan isə qeyd edir: "Mən qara rəngli gəlinliyi şəxsən seçmişəm. Bu mənim öz seçimimdir. Qara klassik rəngdir və hər kəsə yaraşan rəngdir. Fərqli və öz olmaq üçün bu addımı atdım. Biz hələ nişanlı ikən yoldaşım məndən toyumuzda qara gəlinlik geyinərsən demişdi. Bu günədək heç bir şeyi qaydasına, gərəyinə görə etmədik.
Bizim özümüzü əks etdirmədiyi üçün adətləri qəbul etmədik. Bizim toyumuz pizza qonaqlığından ibarət idi. Geyimimə görə gələn fikirlər və təriflər qürürlandırır. Bu seçimimi bəyənməyənlərin verəcəyi reaksiyaya önəm versəydim bu addımı atmazdım.
Mən qara gəlinliyi kimin üçünsə deyil, özüm üçün yoldaşım üçün geyindim. Öz toyumda şəxsən özümün xəyal etdiyim gəlinliyi gəyindim, geyilməsi lazım olan gəlinliyi yox.