Hər birimizin öz xəyal gücü var. Bu xəbərimdə sizə bir rəssamın xəyal gücünü göstərəcəm. Bu rəsm əsərləri tamamilə fərqli və müasir proqramlar sayəsində çəkilib. Gəlin Rəssamı yaxından tanıyaq.
Polşalı illüstrator, rəssam, "Graficzne"-nin qurucusu İqor Morski öz xəyal gücünü işə salaraq ərsəyə gətirdiyi bu əsərləri bizlərə təqdim edir.
Bu cür şəkillər fantaziyanın pik həddini tələb edir.
Polşada memarlıq və dizaynerliyi oxuyan İqor Morski nəyisə təsvir edərkən fərqli yöndən baxdığını qeyd edir.
Məni özünə çəkən bu təsvirlər qeyri-adidir.
1995-ci ildə İqor Morski öz studiyasını yaradır və beləliklə, xəyalını reallaşdırır.
Sizi bilmirəm, amma mən bəyəndim.
Qeyri-adidir, elədir?
Artıq qeyd etdiyim kimi hər birimizin xəyal gücü var.
Sadəcə bir çoxumuz xəyal gücümüzdən düzgün faydalana bilmirik.