Avstraliyanın sahillərində yerləşən Böyük Sədd rifində çütrə(Lat:Oxymonacanthus longirostris) balığı elm adamlarının diqqətini çəkməkdədir.Balıq, qidalandığı mərcanların rəngini ala bilməsi, onu yırtıcılardan qorunmasını təmin edir.Bu xüsusiyyət bir çox canlılarda vardır.Amma, ən maraqlısı odur ki, balıq bununla kifayətlənməyərək iy buraxma kanfuliyajına da sahibdir.Təhlükə hiss etdiyi zaman yediyi mərcanların iyini ifraz edərək, yırtıcı balıqlarının gözünün önündə təhlükəsizliyini təmin edir.
Okeanda bir çox ərazilər var ki, günümüzdə okeanloqlar üçün diqqətçəkci və aktualdır. Bunlar əsasən Azor, Qalapakos və Yapon adalarının yaxınlığında yerləşən sualtı termal su mənbələridir. Bu su mənbələrinin ətrafında yaşayan canlılar sanki yadplanetlidirlər.
Fantastik mühit şərtləri altında həyat uğrunda mübarizə aparırılar. Ən maraqlısı odur ki, onlar Günəşdən aslı olmayaraq, qidalarında heç bir canlı iştirak etmir. Yaşamında ən "humanist, sülpərvər" canlı hesab etsək düşünürəm yanılmarıq. Həmçinin bu bizə ümid verir ki, kainatın hər hansı bir yerində, bizim həyat şərtlərinə uyğun olmayan mühitdə tam fərqli canlılar mövcud olması mümkün olsun.
Brazilyada latınca adı Polybia Paulista olan eşşək arısında xəstə hüceyrələri sağaldacaq maddə tapıblar.Maddənin adı MP1 olaraq adlandırdıqları tapıntı arının iynəsində əmələ gəlir.