Qadin.NET / Yaddaşlara həkk olunmuş 10 rus roman qəhrəmanı

Yaddaşlara həkk olunmuş 10 rus roman qəhrəmanı

Dünya ədəbiyyatının müasir üzü, yaddaşlarda qalan, insanı ən yaxşı şəkildə izah edən rus ədəbiyyatının unudulmaz 10 xarakterini sizlərlə paylaşırıq.

Yaddaşlara həkk olunmuş 10 rus roman qəhrəmanı

Raskolnikov: Fyodor Mixailoviç Dostoyevskinin "Cinayət və Cəza" adlı romanının baş xarakteridir. Hüquq tələbəsi bir qatildir. İnsanlarda fərqli-fərqli duyğular oyadır və bir dəfə tanışıldıqan sonra özünü əsla unutdurmaz. Kitab boyunca düşündükləriylə insana davamlı bir şeyləri fikirləşdirməyi ilə məşhurdur.

Yaddaşlara həkk olunmuş 10 rus roman qəhrəmanı

Oblomov: Tənbəlliyi bir sənət halına gətirən Oblomov, rus romanında "lazımsız adam" tipinin ölümsüz nümunələrindən biridir. Orta yaşlı torpaq sahibi Oblomov işindən ayrılmış, bütün yoldaşlarını ətrafından uzaqlaşdırmış, borca batmış və bütün dünyəvi işlərini yatağından görməyə başlamışdır. Hər bir küncü tökülməkdə olan evində  özü qədər tənbəl uşağıyla birlikdə laqeydlik içində yaşayan bu miskin zadəgan, dəyişməyə ayaq dirəyərək  bir sinifin timsalidir. Rus cəmiyyətinə xas bu tipləmələr Gonçarovun qələmindən çıxdığı gündən bəri cəmiyyətin içinə qarışmış, "Oblomovluq" sözcüyünü gündəlik dilə qazandırmışdır. Oblomov, 19-cu əsrin sonunda bu çıxılmaz vəziyyətə girən torpaq sahiblərinin gülüş hədəfi olmaqla qalmır, eyni zamanda mövcud ictimai nizamın əcaibliklərini və ədalətsizliyini də ciddiliklə, amma şirin bir dillə tənqid edir.

"Oblomovu dəhşət içərisində, təkrar və təkrar oxuyuram."

Lev Tolstoy

Yaddaşlara həkk olunmuş 10 rus roman qəhrəmanı

Anna Karenina: Tolstoyun kitabına adını verdiyi Anna Karenina, rus aristokratiyasına mənsub qəşəng və gözəl bir qadındır. Nəzakətliliyi və hörmətli şəxsiyyəti ilə ətrafında heyranlıq doğurur. Əri, yüksək bir dövlət məmurudur. Anna Kareninanın monoton bir evlilik həyatı vardır; bütün xoşbəxtliyi evində və çox sevdiyi uşağında tapmaqdadır.

Yaddaşlara həkk olunmuş 10 rus roman qəhrəmanı

Anastasia Filippovna: Fyodor Mixailoviç Dostoyevskinin "Budala" romanındakı əsas qadın xarakterdir. Qürurun bir qadına nələr edə biləcəyinin, onu necə bir hala gətirə biləcəyini göstərən, insanı böhranlara sürüyən qaranlıq obrazıdır.

Yaddaşlara həkk olunmuş 10 rus roman qəhrəmanı

Şahzadə Mişkin: Budala romanında Anastasiya Flippovnanın seçimi olur Şahzadə Mişkin. Şahzadədəki təmiz ürəklilik, yaxşı niyyət, saflıq və həssas ruh Anastasyaya təsir etmişdir. Rogojinlərin basqın varlıqları, Şahzadə Mişkin' qəhrəman olmaqdan saxlaya bilməz. Nəticədə Mişkin, aşiq olunası bir xarakter olaraq zehinlərdə yer alır.

Yaddaşlara həkk olunmuş 10 rus roman qəhrəmanı

Aleksey Fyodoroviç Karamazov: Fyodor Mixailoviç Dostoyevskinin "Karamazov Qardaşlar" romanındakı, Karamazov qardaşların ən kiçiyi. Bəlkə kitabda ən az bəhs edilənlər ancaq Dostoyevskinin də dediyi kimi; "Alekseyin dəyərini bilməmək olmaz, amma bir az daha əmək və diqqət verməliyikmişiz Aleyseyə".

Yaddaşlara həkk olunmuş 10 rus roman qəhrəmanı

Zosima baba: Dostoyevskinin Karamazov Qardaşlar adlı kitabında Alyoşanın (Aleksey) müəllimi eyni zamanda atası yerinə qoyduğu, öyüd-nəsihət və nəsihətləri Alyoşanı tanrıya inandırıb, yaxşı şeylər etməyə yönəldən insan.

Yaddaşlara həkk olunmuş 10 rus roman qəhrəmanı

Yevgeniy Vasilyiç Bazarov: Turgenyevin "Atalar və Oğullar" kitabındakı, nihilist xarakter. "Bir qadın xoşuna gəldimi, dərhal onu əldə et. Olmadımı? O halda bir daha onu düşünmə, dünyanın sonu deyil !", "İnsan hər şeyi anlaya biləcək tutumdadır.

Çiçikov. Nikolay Vasilyeviç Qoqolun məşhur romanı "Ölü Canlar" Rusiyada şəhər-şəhər gəzib, feodal qanunlara görə torpaq sahiblərinin malı olan kölə kəndliləri satın alır. Ancaq istədiyi kəndlilər işini yaxşı bilən, ya da sağlam olanlar deyil, tam əksinə ölü olanlardır.

Yaddaşlara həkk olunmuş 10 rus roman qəhrəmanı

Pyotr Andreyiç: Aleksandr Puşkinin "Kapitanın Qızı" adlı kitabında, məşhur bir əsgər olan atası tərəfindən əsgər olması üçün yetişdirilmiş gənc bir subaydır. Qərarlı, qürurlu vəfakar inancları və eşqi uğruna həyatını fəda etməyi gözə alan yaxşı ürəkli biridir.

P.S. Xanımlar, bu roman qəhrəmanlarından başqa sizin əlavə edəbiləcəyiniz varmı? Buyurun, şərh sahəsinə.

15 noyabr 2016
GO BACK