Qadin.NET / 64 -cü Kann film festivalı

64 -cü Kann film festivalı

Mayın 11-i 2011-ci ildə  64-cü Kann (Cannes) Film Festivalı keçirilib. Festival məşhur Amerikalı rejissor Vudi Allenin “Midnight in Paris” (Parisdə gecəyarısı) filminin festivaldankənar nümayişi ilə başlayıb.

Filmdə, Fransa prezidenti Nicolas Sarkozy-nin həyat yoldaşı müğənni və model Carla Bruni də rol alır.

Məlumata görə, tədbir ərzində 86 uzunmetrajlı film “Qızıl palma” uğrunda mübarizə aparıb.

Festivalda məşhur aktyor və prodüser Robert De Nironun başçısı olduğu münsif heyətində, Olivier Assayas, Martına Gusman, Mahamat-Saleh Haroun, Jude Law, Nansun, Shi, Uma Thurman, Johnnie To və Linn Ullmann yer alır.

``Bir zamanlar Anadoluda`` adlı türk filmi də müsabiqədə iştirak edəcək.

Onu da qeyd edək ki, Kann kino festivalında Britaniya şahzadəsi Diananın qətli və onun Parisdə qəzaya uğramasının sirlərinin üstünün açılmasına həsr olunmuş “Qanunsuz qətl” filmini nümayiş edirəcəklər.

Filmi ingiltərəli aktyor və rejissor Keyt Allen ərsəyə gətirib.

“Qanunsuz qətl” Kannda cümə günü nümayiş etdiriləcək. 

Qızıl palma üçün yarışacaq filmlər arasında ``The Skin I live in`` , həmçinin baş rolda Brat Bitt`in oynadığı ``The tree of life`` kimi filmlər də iştirak edəcək.

“İz...Qala” sənədli filmi Kann Beynəlxalq Kinofestivalının “Short Film Corner” bölməsinə qəbul edilib.

Rejissoru Şamil Əliyev, ssenari müəllifi Nadir Bədəlov olan “İz...Qala” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə istehsal olunub.

Bu, rejissorun Avropanın məşhur kinofestivalında iştirak edən ikinci sənədli filmidir. 

``Pirates of the Caribbean: On Stranger Tides`` , açılış filmi olan ``Midnight in Paris`` filmləri isə müsabiqədən kənar olaraq nümayiş olunacaq.

Onu da bildirək ki, keçən il keçirilmiş festivalda qalib Tayland filmi olan ``Uncle Boonmee Who Can Recall His Past Lives`` olmuşdur
Qeyd edək ki, festival may ayının 20-də başa çatacaq

Və festivalın ən sevilən məqamı qırmızı xalça üzərindəki ulduzlar

 

64 -cü Kann film festivalı

64 -cü Kann film festivalı

64 -cü Kann film festivalı

64 -cü Kann film festivalı

64 -cü Kann film festivalı

64 -cü Kann film festivalı

64 -cü Kann film festivalı

64 -cü Kann film festivalı

64 -cü Kann film festivalı

64 -cü Kann film festivalı

64 -cü Kann film festivalı

64 -cü Kann film festivalı

64 -cü Kann film festivalı

64 -cü Kann film festivalı

64 -cü Kann film festivalı

64 -cü Kann film festivalı

64 -cü Kann film festivalı

64 -cü Kann film festivalı

64 -cü Kann film festivalı

64 -cü Kann film festivalı

64 -cü Kann film festivalı

 

15 may 2011
GO BACK