Qadin.NET / Uşaqlığımızda etdiyimiz dəcəlliklər

Uşaqlığımızda etdiyimiz dəcəlliklər

Hər birimizin uşaqlığında etdiyimiz bəzi dəcəlliklər vardır.Mən istəyirəm ki,bu dəcəlliklərdən bir neçəsini yazım və seçək.Qeyd edim ki,bunların hamısı mənim etdiklərim deyil.

 

Uşaqlığımızda etdiyimiz dəcəlliklər
Məsələn: 
 

Qapıların zənglərini basıb qaçmısınızmı?(çox etmişəm,bəzən indidə etməyə can atıram.Hərdə əlim gedir yoldaşım tez əlimdən tutub saxlıyır)

Eyvanda olarkən yoldan keçənlərin üstünə su ,yada soğan atmısınızmı?(kiminsə üstünə yox,qonşumuzun həyətinə həmişə soğan atırdım)

Dostlarınızla vaxt keçirərkən:-gəlin ingiliscə danışaq deyib,özünüzdən sözlər qoşmusunuzmu?

Qarışqaları öldürüb,sonra da onlara yas tutmusunuzmu?

Valideynlərinizin toy şəkillərini görüb"məni niyə çağırmamışdınız"deyib ağlamısınızmı?

İstədiyiniz şey olmayanda,bir çantaya paltarınızı qoyub "mən gedirəm" deyib valideynlərin cavabını maraqla gözləmisinizmi?

Gözlərinizi qıyıb qarşınızdakından məni görürsən deyə soruşmusunuzmu?

Qarışqa döyüşü elətdirmisinizmi?

Açarı ayağaltının altına qoyub,qapınin üstünə "ana açar ayaqaltının altındadır" kimi cümlə yazmısınızmı?

 Evdə od qalamısınızmı?(mən kağız yandırmışdım,qapı döyülmüşdü divanın içinə atmışdım yanan kağızı.)

Yağdan şam düzəltməyə çalışmısınızmı?

Kiminsə pəncərəsinə xala və ya dayı deyə qışqırmısınızmı?(mən qonşu qızla həmişə pəncərələrin qabağından keçəndə "xala ay xala"deyib çağırırdıq.Bir evdə də nənə,baba qalırdı gəlib çağırıb qaçmaq istəyirdik ki,içəridən kişi dediki xalan evdə yoxdu ay bala)

Hə belə,bəs siz uşaqlığınızda bu dəcəlliklərdən hansını etmisiniz?

Başqa cür desək siz hansı dəcəllikləri etmisiniz?

Yoldaşım deyir ki,uşağlıqda "həşərat" olmusan.

Bəs sizə bu dəcəlliklərə görə hansı adı veriblər?

15 may 2011
GO BACK