Qadin.NET / Daşların sirrini bilirsinizmi?

Daşların sirrini bilirsinizmi?

Daşların sirrini bilirsinizmi?

 

Qədim və müasir astroloqlar hesab edirlər ki, daşların insan sağlamlığına və taleyinə təsiri planetlərin vəziyyətinə və bürclərə əsaslanır. İnsanlar üçün ən əlverişli olan daş onun doğulduğu bürclə əlaqəli olan daşdır. 1912-ci ildə Zərgərlərin Milli Assosiasiyası bürclərə uyğun gələn daşların siyahısını qeydiyyata alıb. Bu siyahını sizə təqdim edirəm.

 

Qoç bürcü

 


Qoça ən uyğun gələn almazdır. Onun sahibinə uğur gətirməsi, xəstəliklərdən, zədələrdən və yaralardan qoruması haqda inanclar var. Bu daşı üzük kimi sağ ələ taxmaq məsləhət görülürdü. Almaz orqanizmi sakitləşdirir. Tənəffüs orqanlarını qoruyur. Qan zəhərlənmələrinə qarsı təsiri vardır. Qoçlara həmçinin qırmızı qranat da uğur gətirir.

Buğa bürcü

 

Buğaya ən uyğun daş sapfirdir. Bu daş sevgililərin və yeni evlənənlərin talismanıdır. Böhtandan qoruyur, yaddaşı gücləndirir. Ürək xəstəliklərinə və astmaya xeyirlidir. Nevroloji xəstələr üçün faydası var. Buğalara həm də mavi firuzə uyğun gəlir.

 

 

 
Əkizlər bürcü
 
 

Əqiq və yaşıl xrizropraz Əkizlər üçün ən yaxşı daş hesab olunur. Yaşıl xrizropraz iş adamlarının talismanıdır. Onları fırıldaqdan və maddi zərərdən qoruyur. Əqiq bədəndəki mənfi enerjini qovur. Bədəni qüvvətləndirir. Cəsarəti artırır.

Xərçəng bürcü
 
 

Xərçəng üçün xoşbəxt daş ay daşı və zümrüddür. Ay daşı ay şüalarının gücünün simvoludur. Belə daşı olan üzüklər sevgililərə xoşbəxt olma yolundakı maneələri aradan qaldırmağa kömək edir. Qorxulu yuxu görməkdən qoruyur. Böyrəkləri və immuniteti qoruyur.

 

 

Zümrüd sevgi duyğusu verir. Ailə əlaqələrini gücləndirir. İmmuniteti, sinir sistemini, ürəyi, ciyərləri və böyrəkləri qoruyur.  


Şir bürcü

 

Şir bürcünə ən uyğun gələn daş kəhrəba və topazdır. Ta qədimlərdən kəhrəbanın dəri xəstəliklərinin və revmatizm xəstəliyinin sağalmasında rolu olması haqda inanclar var. Sızanaqları və ziyilləri azaldır. Burun-boğaz infeksiyalarını müalicə edir.

Topaz yuxusuzluq və astma üçün yaxşı vasitə hesab olunur. Göz üçün xeyirlidir. Stresi aradan qaldırır. 


Qız bürcü
 

Qız bürcü altında anadan olanlara nefrit daşı xoşbəxtlik gətirir. Bu daşdan qızılla çərçivələnmiş formada istifadə edilməlidir. Simvolik olaraq “həyat daşı” adlandırılır. Miqrenə, böyrəklərə xeyri var. Göz üçün faydalıdır.

Tərəzi bürcü
 

Astroloqlar Tərəzilərə opalı tövsiyə edir. Bu daş işlərdə müvəffəqiyyəti təmin edir. İlham mənbəyidir. Özünəinamı artırır. Böyrək və qan xəstəlikləri üçün faydalıdır.


Əqrəb bürcü
 

Əqrəblərin əsas daşı akvamarindir. Bu daş xoşbəxt nikahların amuleti sayılır. Sevgililər məcburi ayrılıq zamanı bir-birlərinə akvamarin verərdilər. Akvamarın sevinc və rahatlıq duyğuları aşılayır. Böyrək, qaraciyər və dalağı qüvvətləndirir. Orqanizmi təmizləyir. Ağciyərlərə faydalı olduğu bilinir. Yaddaşı gücləndirir.

 

 

Oxatan bürcü

 

Oxatanın əsas daşı ametist – sevgi daşı sayılır. O, insanlara uğur gətirir. Yuxusuzluğun qarşısını alır. Neqativ enerjini yox edir. Qan dövranını tənzimləyir. Hüceyrələri yeniləyir. Ağrıları azaldır. Dəri xəstəliklərinə böyük təsiri var. Oxatanlara həm də topaz uyğun gəlir.

Oğlaq bürcü

 

Oğlaqlara sevgidə rubin daşı xoşbəxtlik gətirir. Qədimdə zəhərlənməkdən qorxanlar üzərlərində bu daşı gəzdirərdilər. Belə bir inanc var idi ki, rubini zəhərli içkilərin içinə atdıqda, maye rəngini dəyişir. Rubin insanı sakitləşdirir, enerji verir. Stresi aradan qaldırır. 

Oğlaqa daha bir daş – oniks uyğyn gəlir. Qədim zamanlarda onun sehirli qüvvəyə malik olmasına inanırdılar. Onun həm də insanın mənəvi gücünün gücləndirdiyini deyirdilər.

 


Dolça bürcü
 

Dolça bürcü altında doğulanlara qranat və sirkon uğur gətirir. Qranat sevgi və dostluq simvoludur. Üzərində bu daş olan üzükləri insanlar dostluq və minnətdarlıq əlaməti olaraq bir-birlərinə bağışlayardılar. Qranat bədəni qüvvətləndirir. Ağciyərləri qoruyur. Qan zəhərlənmələrinə qarşı faydalıdır.

 

Şərqdə sirkonu “almazın kiçik qardaşı” adlandırırdılar. Bu daşın beynin fəaliyyətini gücləndirdiyi haqda fikirlər var.

Balıq bürcü

 

Astroloqlar Balıqlara mirvarini məsləhət görürlər. Qədimdə mirvarinin gözlərə nur verdiyini və sahibini qarşılıqsız məhəbbət acılarından qoruduğunu, ailə bağlarını güvvətləndirdiyini deyirdilər. Hindlilər isə mirvarinin sahibini oğrulardan qoruduğuna inanırdılar. Mirvari özünə inamı artırır. Miqrenə kömək edir. Cümük ağrılarını yüngülləşdirir.

13 may 2011
GO BACK