Qadin.NET / Vanqa - həyatı haqqında bilmədikləriniz

Vanqa - həyatı haqqında bilmədikləriniz

Bu xəbərim bir az fərqli olacaq. Həmişə hekayə, sağlamlıq xəbərləri yazırdım. Bu dəfə isə tanınmış görücü Vanqa haqqında yazmaq istədim. Bu yaxınlarda xarici kanalların birində Vanqa haqqında çəkilmiş filmə baxdım. Film mənə maraqlı gəldi və mən daha çox məlumat toplamaq üçün internetdə Vanqanın həyatını axtarmağa başladım. Vanqanın ciddiliyini çox bəyəndim. Kor olmasına baxmayaraq hər bir işin öhtəsindən gəlirdi. Sizinlə həm filmdə gördüyüm maraqlı anları, həm də axtarış zamanı tapdığım məlumatları bölüşmək istədim. 

Vanqa - həyatı haqqında bilmədikləriniz

Vanqa (Vangeliya Pandeva Quşterova) 1911- ci il yanvarın 31-də Bolqarıstanın yoxsul kəndli ailəsində anadan olub. Ömrünün çox hissəsini  Petriç şəhərində keçirdib. Onun adı Bolqar adətlərinə görə verilib (küçəyə çıxaraq, ilk qarşına çıxan adamdan ad soruşmaq). Vangeliya adının mənası Yunan dilində "yaxşı xəbər" adlanır. Vanqanın üç yaşı olanda onun anası dünyasını dəyişir. Müharibədən sonra isə atası ikinci dəfə evlənir. 1923-cü ildə Vanqa atası və ögey anası ilə Makedoniyadakı yeni kəndə  köçürlər. Vanqanın 12 yaşı olarkən qasırğa nəticəsində görmə qabiliyyətini itirib. O, öz əmisi qızları ilə birlikdə evə qayıdarkən güclü qasırğa baş verir və qasırğa onu yüz metr uzaqlığa aparır. Vanqa axşam tapılır. Gözlərinə qumun nəticəsində infeksiya düşür. İnfeksiyanın qarşısı alınsa da əməliyyata pulları yox idi. Buna görə də Vanqa kor qalır.

Vanqa - həyatı haqqında bilmədikləriniz

Filmdə diqqətimi Vanqanın yanına gələn cavan oğlan çəkir. Cavan oğlan qardaşını öldürən adamların adını bilmək istədiyini bildirir. Vanqa ona qisas almamağı deyir. Gözləməyi məsləhət görür. Qardaşının düşmənlərinin adlarını deyə biləcəyini deyir. Ancaq demir, çünki bilir ki, cavan oğlan qisas alacaq. Oğlanın növbəti sualı isə belə olur: Siz hər şeyi bilirsiz. Bəs mənim taleyim necə? Taleyim haqqında heçnə demədiz. Cavab isə mənim çox xoşuma gəlir. “Sənin taleyində mənim həyat yoldaşım olmaq yazılıb”. Elə də olur, cavan oğlan Vanqanın həyat yoldaşı olur. Onu öz yaşadığı vətənə Petriçə gətirir. 

Vanqa - həyatı haqqında bilmədikləriniz

Filmdə Vanqanı canlandıran xanım Yelena Yakovlevanı qocaltmaq üçün xüsusi plastik qrimdən istifadə edilib. Qrimi hazırlamaq üçün  dörd aydan çox vaxt lazım olub. Hər dəfə beş saatdan çox vaxt tələb olunurdu ki, qrim hazır olsun.

Vanqa 1996- cı il avqustun 11-də sağ döş xərçəngi xəstəliyindən (əməliyyata icazə verməyərək) vəfat edib.

2 noyabr 2015
GO BACK