Sizi modanın rəngli dünyasına doğru kiçik bir yolçuluğa çıxaracaq hər biri bir-birindən möhtəşəm filmlər:
1. Kişilər sarışınları sevər/ Gentlemen Prefer Blondes (1953)
Lorelei Lee və Dorothy Shaw bir-birile yaxşı dost olan iki müğənnidir. Birlikdə Parisə gedən lüks bir səyahət gəmisində işləyirlər. Lorelei maddiyyata önəm verir və olduqca zəngin bir adam olan Gus ilə evlənməyi planlayır. Dostundan fərqli olaraq Dorothy üçün pulun heç bir önəmi yoxdur. Gusun atası Ernie Malone, Gusu qorumaq üçün atasının tutduğu bir dedektivdir. Çünki Gusun atası cazibədar sarışın Loreleinin oğlunun puluna göz dikdiyindən əmindir. Lorelein diqqəti Francis Beekman tərəfindən dağlarkən, dedektiv Ernienin gözü də Dorothdən başqasını görməz olur. IMDb: 7.3
2. Şahanə macəra/ Funny Face (1957)
Moda naşiri Maggie Prescott fotoqrafçı Dick Averydən yeni bir sima tapmasını istəyər. Yeni və çox fərqli bir model! Jurnal qrupu ilə birlikdə şans əsəri çəkiliş üçün getdikləri Greenwich Villagedakı bir kitabçıda işləyən Jıyu kimsə fərq etməz. Halbuki bu kitab qurdu, “entel” qızın bənzəri tapılmaz havası və gözəlliyi Dickin gözündən yayınmaz. IMDb: 7.1
3. Tiffanydə qəhvəaltı/ Breakfast At Tiffany's (1961)
Həyata tutuna bilməmiş, iki uğursuz insanın çox təsirli eşq hekayəsinin anladıldığı “ Tiffanydə qəhvəaltı”, əslində səthindəki eyforiyanın sevinc və havalıqın altında yatan dərin bir bədbəxtliyi örtülü pessimist bir romandır. Roman adını Nyu-Yorkda olan məhşur və tarixi bir mücəhvər dükanı olan Tffanydən götürmüşdür. Romanın qəhramanı Holy nə vaxt pessimistliyə düşsə, günün hansı saatında olursa olsun, dincliyi bu mücəhvərçinin vitrininin önündə tapır, ayaqüstü qəhvəsini içib sandiviçini yeyərkən brilliantları seyr edər. Beləliklə depressiyasından xilas olmağa çalışar. Bu mağaza təmsil etdiyi zənginlik və durğunluqla Holyə sükunət verən tək şey olmuşdur. ( əvvəllər narkotik istifadə etmiş amma faydası olmamışdır) IMDb: 7.8
Nyu - Yorklu komedya yazıçısı Alvy Singer (Woody Allen) eşqin ardıyca getmək istəsə də, yaşadığı intellektual mühitdə axtardığını tapa biləcəyi barəsində olduqca ümudsizdir. Ən azı özü qədər nevroz olan müğənni Annie Hall ( Diane Keaton) ilə tanış olması isə önmühakimələrini sona çatdırır. Annie Hallı cazibədar edən, eşq üzərinə əvvəlkilərdən fərqli şeylər söyləməyə çalşmasıdır. Komediya və romantika qarışıqı film, 70-də gəzmək istəyənlər ya da eyni eşq təsvirlərindən bezənlər üçün çox gözəl alternativdir. IMDb: 8.1
5. Fırlama qızlar/ Clueless (1995)
Beverly Hillsdə yaşayan xoş amma boş Cher (Silverstone), liseyin gözəl və son dərəcə populyar qızlarından biridir. Ən çox önəm verdiyi iki şey; məktəbin yaraşıqlı oğlanları ilə sevgili olmaq və modanı təqib etmək. Ərköyün qız, özünə layiq bir sevgili axtararkən, məktəbə yeni gələn bir qızın heç cür xoşuna gəlməyən baxımsız geyimini dəyişməyə və iki müəllimin arasını düzəltməyə çalışar. Düzəldilməsi lazım olan qiymətlər vardır və bunun ən asan yolu müəllimlərin şəxsi həyatlarına müdaxilə etməkdir. IMDb: 6.8
6. Gia (1998)
Amerikanın ilk top modeli olan Gia Marie Caranginin 17 yaşından başlayaraq, ölümünə qədər keçən müddətdəki həyat hekayəsini anladılır. Gianın uğurları, xəyal qırıqlıqları və eniş-çıxışla dolu kariyerası, münasibətlərinə qədər şəxsi həyatı bütün xırdalıqları ilə göz önünə sərilir. IMDb: 7.0
7. Şeytan Prada geyinir/ The Devil Wears Prada (2006)
Nyu- York moda dünyasının göz alıcı qarışıqlığında, 0(sıfır) bədənli möhtəşəm qadınlar arasındaykən saçınız bərbad olduğu bir gün iş həyatınızın sonu ola bilər. Budur Runway jurnalı bu inanılmaz cəhənnəmin tam mərkəzindədir. Miranda Priestly (Meryl Streep) isə moda dünyasının ən güclü qadını Runwayın qorxu salan kraliçası özünə bir asissent götürəcəkdir. Milyonlarca qızın həyatını verə biləcəyi bir iş isə adi bir Nyu-Yorklu Andy Sachs (Anne Hathaway) üçün görünür. Görəcəyi iş tamamilə özünə hörməti olmayan insanların görə biləcəyi növdəndir, yaşamağı buraxıb işləməyə dayalı bir növ Miranda köləliyidir. IMDb: 6.8
8. Factory Girl (2006)
Zəngin bir ailənin gözəl və cazibədar qızı olaraq dünyaya gələn və həyatına rəng qatmaq üçün 60-illərin ortasında Nyu-Yorka köçən Edienin, zamanın ziddli sənətçisi Andy Warhol (Guy Pierce) ilə tanış olması ilə bütün həyatı dəyişir. Onun geyim fabriklərində vəzifə alır və Nyu-York şölələri altında bir çox məhşurla tanış olur, sevgili olur. Fəqət bu sürətli və dəbdəbəli həyatın da bir qarşılığı olacaqdır.
60-cı illərin ideal qadınlarından Edie Sedgwicknin gerçək həyat hekayəsinin anladıldığı və iki məhşurun baş rollarını oynadığı film, olduqca dramatik bir hekayəni anladır. IMDb: 6.4
9. Kəffarə /Atonement (2007)
1935 yayının ən isti günündə, on üç yaşındakı Briony Tallis, bacısı Cecilianın soyunub yay evlərinin bağçasındaki kiçik hovuza girdiyini görür. Eynən Cecilia kimi Kembricdən yeni dönmüş olan uşaqlıq dostu Robbie Turner də qızı izləyir. O gün sona çatmadan bu üç gəncin həyatı bir daha düzəlməmək üzrə dəyişmiş olacaqdır. Robbiie ilə Cicilia başlarda xəyal belə etmədikləri sərhəddi aşacaq və kiçik qızın xəyal gücünün qurbanı olacaqlar. Başqalarına aid sirrlərə şahia olan Briony, bir günah işləyəcək və günahın kəffarəsini ödəmək üçün ölənə qədər çabalayacaqdır. IMDb: 7.8
10. Sex and The City (2008)
Filmin mövzusu, məhşur serialın HBO TV-dəki bitdiyindən dörd il sonrasında başlayır. Carrie Bradshaw, ən son Biq ilə sağlam və qalıcı bir münasibət qurmağa hazırlaşır. Bu münasibət ilk başladığından bəri 10 il keçmişdir. Daha çox güvən və potensial vardır. Bu səbəblə uzun metrajlı filmdə zatən var olanın üzərinə çox surpirizli yeniliklər əlavə edilir. IMDb: 5.5
11. Koko Şaneldən əvvəl / Coco Before Chanel (2009)
Audrey Tautouyla həyat tapan, moda dünyasının fenomeni Gabrielle "Koko" Şanel'in gerçək həyat hekayəsi: Coco Before Chanel… Yetimxanada başlayıb, kabare müğənniliyinə uzanan daha sonrada dünyanın ən önəmli modelyeri olmaq yolunda irəliləyən, nağıl kimi bir həyat. Əsl adı Gabriella Şanel Koko Şanelin Parisə köçmədən əvvəlki həyatından hissələri göstərilir. IMDb: 6.7
12. Bir alış-veriş tutğununun etirafları / Confessions of a Shopaholic (2009)
Sevimlimi sevimli Becky Bloomwood (Isla Fisher'ın çıxış rolu) modadakı son yenilikləri təqib etməkdən vaz keçə bilməyən və vəziyyətindən xəbərdar olan bir alış – veriş dəlisidir. Bu dəbdəbəli geyimlərin məsrəfini qarşılamaq üçün iş tapmaq məcburiyyətində qalan Beckyə şans əsəri maliyyə müşavirliyi mövzusunda köşə yazarlığı təklif edilir və təbii ki, ortaya gülməli nəticələr çıxır. Confessions of a Shopaholic, alış-veriş edilməsinin həyacanı və həzzini əsas götürən və həyatda ən önəmli şeylərin hər zaman qiymət etiketinin olmaya biləcəyini isbatlayan bir həyat tərzi komediyadır. IMDb: 5.8
13. Möhtəşəm Gatsby/ The Great Gatsby (2013)
Yazıçı olma pillələrini çıxan Nick Carraway 1920-lərdə əyləncə həyatının sevimlisi olan Nyu-Yorka gəlir. Öz Amerika yuxusunun arxasındaykən təsadüfən milyoner Jay Gatsby və onun ətrafındakılarla yolları kəsişir. Carrawaynin içkinin su kimi axdığı, göz qamaşdırıcı partylərlə tanış olması çox çəkməz. Başqa bir yandan bu sehirli Amerika yuxusunun çöküşüdə yaxınlaşmaqdadır. Xaricdən görkəmli görünən bu həyatın gizləməyə çalışdığı gerçəklər su üzünə çıxacaqdır. IMDb: 7.3
14. Son moda eşq/ 20 ans d'écart (2013)
Moda jurnalı editoru gözəl və hirsli Alice yaxında ümumi yayım rejissoru olmağın xəyalını qurur, ancaq çox rəqibi vardır. Kariyerası səbəbilə illərlə eşq həyatını təxirə salmışdır. Bir gün təyyarədə bir tələbə olan Bathazar ilə tanış olur. Bathazar Alicedən çox xoşu gəlir, Alicedə onunlar bir dəfə görüşməyə məcbur olur. Alisenin müdiri münasibət yaşadıqlarını düşünərək, əski qafalı kimi tanıdığı Alicenin özündən gənc biri ilə bərabər olmasından müsbət yöndə təsirlənir. Yüksəlməsi üçün müdirinə gerçəyi heç cür söyləməyən Alice, oyunu davam etdirməyə qərar verir. Ancaq oyun olaraq başlayan eşq artıq Aliceyə çox yaxındır. IMDb: 6.4
15. Yves Saint Laurent (2014)
Hələ 21 yaşında olan üstün bacarıqlı dizayner Yves Saint Laurent, moda qurucusu Christian Diorun sağ qoludur. Christian Dior zamansız ölümüdən sonra işlərə nəzarət edən Saint Laurent, ilk dizaynını hazırladıqdan sonra şanı bütün sürətilə yayılmağa başlayır. Artıq moda dünyasının parlayan ulduzudur. Bir moda şou əsnasında Pierre Berge ilə qarşılaşdığında isə həyatını tamamilə dəyişdirəcək bir münasibətə addım atmış olur. Bir-birlərinə aşiq olan ikili, iş həyatında da birlikdə hərəkət etməyə başlarlar. Üç il sonra isə öz markasını, Yves Saint Laurentii yaradmış olur. Ancaq Yves Saint Laurentin yaradıcılığı həm şəxsi həyatına həm də iş həyatına təsir edər.
IMDb: 6.7