Qadin.NET / Payız geldi... Xillətdən xilas olmağın 10 yolu

Payız geldi... Xillətdən xilas olmağın 10 yolu

Payız geldi... Xillətdən xilas olmağın 10 yolu

Duyğulu payız fəsli gəlib. Səmanın gözəlliyini doyunca seyr etmək, bu cazibəli mənzərədən zövq almaq üçün nə imkan var, nə də həvəs. Hər yan sizə bomboz görünür. Hansısa bir mühüm qərarı qəbul etmək anı gələndə qətiyyətsizlik göstərirsiniz. Bütün bunlar payız xiffətinin əlamətləridir. 

Ən işgüzar fəsil!

Başınıza payız xəzanı kimi yağan xatirə və düşüncələrdən, səbəbini hələ də aydınlaşdıra bilmədiyiniz hisslərdən xilas olmağın 10 yolunu birlikdə  müzakirə edək.

Əslində payız işgüzar fəsildir. Şair və yazıçıların əksəriyyəti payızın vurğunu kimi tanınır. Təsadüfü deyil ki, qələm adamları ən uğurlu əsərlərini çox zaman məhz bu aylarda yaradırlar. Alimlər də payızı işgüzar fəsil kimi dəyərləndirirlər. Meyvə, tərəvəzin bol olduğu bir vaxtda qış üçün ərzaq toplamaq istəyənlər bu fürsəti əldən verməməlidir.

İngilis psixoloqları sübüut edir ki, payızda qüssələnən, qəmlənən insanlar xasiyyətcə davakar olurlar. Onlar tez-tez özündən çıxmaqla , xırdalıqlara varmaqla ətrafdakıları da narahat edirlər. Bu fəsildə daha az təsirlənənlər, özünə qapılmağı sevməyənlərdən xəstəlik də uzaq qalır. Belə insanlar nadir hallarda zökəmə tutulurlar.

Payızda adi ehtiyyatsızlıq belə əhvalınızda, sağlam durumunuzda problemlər yarada bilər. Belə vəziyyətə düşməmək üçün psixoloqların məsləhətlərinə əçəl etmək lazımdır.

Qəlbinizi açın ki...

Qaradinməzlik heç kimə uğur gətirmir. Əgər sizin də xasiyyətinizdə belə hiss varsa, insanlarla əlaqə yaratmağa çalışın. Hisslərinizi heç kimdən gizlətməyin, açıq qəlbli olun. Qaradinməz insanlar həddindən artıq qəmgin olurlar, tez-tez üşüyürlər, onlara elə gəlir ki, bədənlərində qarışqa gəzir. Belə vəziyyətə düşməmək üçün sərbəst olun. Görəcəksiniz ki, hər şey sizə gözəl və rahat görünür.

Payız geldi... Xillətdən xilas olmağın 10 yolu

Sevinc içində olasınız!

Əgər ətrafda baş verənlər sizdə kədər hissi doğurursa, elə hey göz yaşı tökürsünüzsə, bu artıq payız fəslinin ilkin əlamətləridir.

Depressiya məngənəsindən xilas olmağın vaxtıdır. Özünüzü sevinc içində hiss edin.

Çiçək yağışı!

Gözəl geyinin. Çətirinizin rənginə də diqqət yetirməyi unutmayın. Yaşıl və göy rənglər sizə uyğun olsa belə fəsilə uyğun gəlməyə bilər. Seçdiyiniz rənglər yağmurlu havada depressiyadan çıxmağa yaxşı fürsətdir. Ruhunuz təzələnər, özünəinam hissini yaradıb ümüdlərinizi artırar.

Payız geldi... Xillətdən xilas olmağın 10 yolu

İstiotlu payız.  

Bu fəslin yeməyi də fərqli olmalıdır. İmkan daxilində yeməyin istiotunu bol edin. İşdən sonra axşamlar şorba yeyin. Şorba? Özüdə gecə vaxtı? Təəccüblənməyin. Bir həftə sonra xeyrini görəcəksiniz. Borş, duzlu, noxudlu xarço, xiyar turşusu və göbələkli yeməklərlə mədənizi yükləməyin. Yüngül şorbanın öz yeri var.

Kriminaldan uzaq dayan!

Payız aylarında mütaliənin güclü təsirinə şübhə etməyin. Ona görə də dedektiv, kəskin sujetli əsərlər insan psixikasına təsir edən kitabları hələlik vərəqləməyin. Daha yaxşısı klassik əsərlərdir. 

Qoy həmişə işıq olsun!

Amerika alimləri müəyyən ediblər ki, güclü işıq insanı soyuqdan da müdafiə edir. Amma şam işığı, gecə çırağı təqdirə layiq deyil. 

Qalmaqal zamanı deyil!

Qalmaqaldan, yersiz macəralardan uzaq durun. Güclü yumor hissi olan, hazırcavablığı ilə seçilən insanlar payız hissiyatından yaxa qurtarmaq üçün risk edib adrenalin arxasınca düşürlər. Amma unudurlar ki, tezliklə süstlük başlayır. Bütün bunlar qarşıdan gələn uzun qış günlərində sizə lazımdırmı? 

Payız geldi... Xillətdən xilas olmağın 10 yolu

Sakitlik sizə dərmandır!

Payızda insanlar tez-tez əsəbləşir. Buna səbəb nədir? Cavab birmənalıdır-şəhərin səs-küyü. Məhz belə səs-küy əsəblərinizi tarıma çəkir. Bəs nə etməli? Sizi əhatə edən mühütü seçərkən diqqətli olun. Televizoru seyr etmirsinizə, onu boşuna yandırmağa ehtiyyac varmı? Su kranı açıqdırsa bağlayın, musiqi mərkəzini söndürməyi unutmayın, sakitlik ən yaxşı psixoterapiyadır. 

Alış-veriş istərəm.

Payız xilffətindən uzaqlaşmağın ən yaxşı yollarından biri də alış-verişlə məşqul olmaqdır. Adətən, bu işlə məşqul olmaq missiyası qadınların üzərinə düşür. Kişilər isə başlarını qatmaq üçün yollarını mağazalardan salırlar.

Bir baxın, həyat necə də gözəldir. 

Həyat yaşamağa dəyər!...

17 oktyabr 2015
GO BACK