İnsanların nə vaxt öləcəyini təsbit edən bir test yaradlıdı. Kəşfin, əməklilik, sağlamlıq sığortası və orqan köçürmə kimi sahələrdə təsirli ola biləcəyi düşünülür. Elm adamları şəxsin bioloji yaşını və nə qədər sürətlə yaşlandığını təsbit edən bir qan testi yaratdılar. Bu test sayəsində şəxsin nə vaxt öləcəyi təxmin edilə bilir.
İngiltərə Kings College Univeristetində aparılan təcrübə, genlərin analiz edilərək yaşlanma əlamətlərinin təsbit edilməsinə söykənir. 70 yaşında bir qrup kişinin üzərində aparılan testdə mütəxəssislər gələcəkdı bir neçə il içində kimlərin öləcəyini doğru təxmin etməyi bacardılar. “Yaş” və “sağlamlığın” iki fərqli fakt olduğunu vurğulayan təcrübəçilər, ölüm vaxtını təyin edən kəşfin həyatın bir çox sahəsində təsirli olacağı fikrindədilər.
Misal, oqran bağışlamaqda, orqan bağışlayan şəxslərin doğum tarixləri deyi, bioliji yaşlarının vacib olduğunu qeyd edirlər. İrəliləyən illərdə sığorta və əməklilik sahələrində doğum tarixi yerinə bioloji yaşlarının əsas olacağı deyilir. Gen biologiyası adlı elm jurnalında çap edilən məqalədə yaşlanma müddətinin necə gecikdirilə biləcəyinə dair heç bir şey qeyd edilmir.