- Mən intellektual yetkinlik yaşa çatanda öz-özümə sual verdim: Axı mən kiməm: ateist, teist və yaxud panteist, materialist ya idealist, xristian və yaxud azad düşüncəli insan! Və belə nəticəyə gəldim ki, bu axırıncıdan başqa heç biri mənə münasib deyil.
Tomas Haksli
- Tanrılar barədə heç nə deyə bilmərəm, nə onların mövcudluğunu, nə də onların yoxluğunu. Səbəb: bunu bilmək üçün çox maneə var. Həm sualın aydın olmaması, həm də insan həyatının qısalığı..
Protoqor
- Onu bilirəm ki, heç nə bilmirəm.
Sokrat
- Düşüncə azadlığı olmaması insanların düşüncəsini söyləyə bilməməsi deyil. Düşüncə azadlığının olmaması insanların düşünə bilməməsidir.
Jean Paul Sartre
- Məni sonsuzluğa sürükləyən bir sual var. Mən dəliyəm yoxsa ətrafımdakı diğər insanlar?
Eynşteyn
- Ruh varsa, onun artıq bizə hazır verilməsini düşünmək yanlış olardı. O, həyat ərzində yerdə yaradılır. Həyat özü uzun və ağır doğumdan başqa bir şey deyil. Ruhun yaradılışı - bunun üçün insan özünə və bu yolda çəkdiyi əzab əziyyətə borcludur. Başa çatdıqda isə ölüm gəlir.
Alber Kamyu
- Onsuz da var olan yollar üzərindən gələcək olan mükəmməl bir nəzəriyyəyə inanmıram. Bizim yeni bir şeyə ehtiyacımız var. Bunun nə ola biləcəyini təxmin edə bilmərik, ya da nə vaxt tapacağımızı çünki əgər bilsəydik, çoxdan tapmışdıq da! Bu 20 il içərisində gəlməli idi, ancaq bəlkə də heç tapa bilməyəcəyik.
- Şərq mistisizminin kainatı bir illüziyadır.Onunla öz çalışması arasında bir bağ qurmağa çalışan fizikaçı fizikaçı olmaqdan çıxmışdır.
Stefan Havkinq
- Əsl dost hətta sən haqlı olmasan belə, sənin tərəfində olandır. Sən haqlı olduğun zaman hamı sənin tərəfində ola bilər.
Mark Tven