Qadin.NET / Ağaclar nə qədər uzana bilir?(1)

Ağaclar nə qədər uzana bilir?(1)

 

Ağaclar nə qədər uzana bilir?(1)

 

Şimali Arizona Universitetindən olan tədqiqatçılar dünyanın ən uzun ağacları üzərində apardıqları tədqiqat nəticəsində ağacların böyüməsini idarə edən faktorları aşkara çıxardılar. 

Ağacda açıq-aşkar bir dizayn var. Ağacı meydana gətirən hüceyrələr kök, gövdə, qabıq, su daşıyıcılar, budaqlar və yarpaqları meydana gətirəcək şəkildə mütəşəkkil təşkil olunmuşdur. Hüceyrələr ağacın həyatını davam etdirməsi üçün lazımlı funksiyaları yerinə yetirəcək hissələri meydana gətirir və bu hissələr arasında da müntəzəm uzlaşma həyata keçirilir.

Həmçinin bir ağacı kimyəvi məhsul istehsal edən nəhəng bir fabrikə də bənzətmək olar. Burada çox mürəkkəb kimyəvi proseslər qüsursuz plan daxilində həyata keçirilir. Bu prosesləri həyata keçirən orqanların kompüter kimi hesablamalar apardığına dair dəlillər mövcuddur.

Ağacla bağlı həqiqətlərdən ən təəccüblüsü odur ki, bu cür mütəşəkkillik və sistemlərin məlumatı ağac hələ kiçik bir toxum ikən DNT-sinə yüklənmişdir. Toxum DNT-sinə yüklənmiş təlimatları ardıcıl yerinə yetirərək özünün görünüş və ölçüsünə heç bir bənzərliyi olmayan nəhəng bir ağaca çevrilər. Bir toxumun torpağa düşdükdən və bir az nəmləndikdən sonra kök salıb budaqlanaraq bir ağaca çevrilməsi Allahın qüsursuz yaratdığına açıq-aydın bir göstəricidir.

Bu möcüzəvi canlıda böyümənin müəyyən bir mərhələdən sonra dayanması da Allahın yer üzündə yaratdığı tarazlığın bir hissəsidir. Əgər ağacları meydana gətirən hüceyrələr nəzarətsiz şəkildə dayanmadan böyüsəydilər, yer üzündə həyatın məhv olmasına aparan nəticələr ortaya çıxardı.

 

Ağaclar nə qədər uzana bilir?(1)

 

 

Ağacların nə qədər ucalacağını müəyyən edən faktorları tədqiq edən elm adamları dünyanın ən uzun ağacları üzərində maraqlı bir tədqiqat həyata keçirdilər. Yüksəkliyi 100 metri keçən ağacların başına çıxan tədqiqatçılar ölçümə işləri apararaq bu faktorlara dair əlamət axtardılar.

Dünyanın ən hündür ağacı hesab olunan 112.7 metrlik nəhəng sərv ağacı (Sequia semperviens) da daxil olmaqla, ən hündür beş ağac üzərində tədqiqatlar aparılmışdır. Belə hündürlükdəki bir ağacın hündürlüyü 30 mərtəbəli binanın hündürlüyünə bərabərdir.

agac

Elm adamları daha əvvəllər ağacın hündürlüyünü müəyyən edən əsas faktorun hündürlükdən qaynaqlanan mexaniki gərilmələr olduğunu düşünürdülər. Amma ağacların bu gərilmələrin təsirini aradan qaldıracaq formada və olduqca möhkəm quruluşa malik olduqları məlum oldu. Bu vəziyyət tədqiqatların hədəfinin suyu hündürlüyə daşıma qabiliyyətinə istiqamətlənməsinə yol açdı. Şimali Arizona Universitetində ekoloq vəzifəsində çalışan Corc Koç və qrupu tərəfindən aparılan sözü gedən elmi fəaliyyətdə bu istiqamətdə bir sıra kəşflər edildi. Tədqiqatçıların təbii mühitdə və laboratoriyada apardıqları müvafiq fəaliyyətlər ağacların maksimum hündürlüyünü tənzimləyən əsas faktorun “ağacın yuxarı hissəsinə su tədarükü” olduğunu müəyyənləşdi.

Ardı var...

Həqiqət mütləqdir!

11 sentyabr 2015
GO BACK