Antonio Vivaldi 4 mart 1678-ci ildə Venesiyada anadan olub. İtalyan bəstəkar, skripkaçı və dirijor Antonio Vivaldi solo instrumental konsert janrının yaradıcısıdır. Onun solo skripka texnikası instrumentovkanın və solo instrumental konsertin klassik formalarının inkişafına təsir göstərib. Vivaldi 94 opera (19-u bilinir), 465 instrumental konsert, o cümlədən proqramlı simfonik musiqinin ilk nümunələrindən olan “İlin fəsilləri” silsiləsinin və sair əsərlərin müəllifidir. Antonio Vivaldi 28 iyul 1741-ci ildə vəfat edib. Ən məşhur əsəri olan “İlin fəsilləri” silsiləsindən 4 parça(Yaz,Yay,Payız,Qış) skripka,eləcə də digər simli musiqi alətləri arasında ən populyar musiqilərdən hesab olunur.
"İlin fəsilləri"