Sızlar yada düşəndə ürəyimin telləri,
O mehriban,o əziz tələbəlik illəri...
Bakı Dövlət Universiteti!!! Sən necə də mənə əzizsən!!!Səninlə bağlı saysız-hesabsız xatirələrim,gözəl anlarım var!Gənclik illərimin ən gozəl günləri səninlə olub.
Tələbəlik illəri hər birimizin yaddaşlarına özünəməxsus xatirələri ilə həkk olunub.Yadımdadır,ilk dəfə universitetə anamla bir yerdə getmişdim,çünki yolu tanımırdım.Səhəri gündən etibarən düz 4 il Sumqayıtdan Bakıya , Bakıdan da Sumqayıta tələbə olaraq gedib-gəldim.1 gün də usanmadım,yorulmadım.
Qrupumuz 16 qız,5 oğlandan ibarət idi.Bir-birimizlə o qədər mehriban idik ki,digər qruplar bizə həsəd aparırdılar.Tələbə yoldaşlarımızla bağlı maraqlı,məzəli hadisələr yaşamışıq.Hər bayramı təntənəli surətdə qeyd etmişik.Oxuyan kim,oynayan kim,şer deyən kim....Son kursda sonuncu bayramlarımız heç yadımdan çıxmır.Hamımız o ki var ağlamışdıq,bir-birimizdən ayrılacağıq deyə....
Universiteti bitirməyimizdən 10 il keçsə də yenə də bir-birimizdən əlaqələrimizi kəsməmişik.
Əzizlərim,indi sizlərdən soruşmaq istəyirəm:Tələbəlik həyatınızı necə xatırlayırsınız?Tələbəlik illərinizdə yaddaşınızdan silinməyən xatirələrinizi bölüşməyə hazırsınızmı?
Gəlin,birlikdə o gözəl illərə qayıdaq!!!