Qadin.NET / Mark Tvendən sitatlar

Mark Tvendən sitatlar

 

Bu sitatları özünüz üçün köçürün və ara-sıra oxuyun. Çox faydalanarsınız.

1. Yaxşılıq elə bir şeydir ki, onu kar da eşidə bilər, kor da görə bilər.

2. Qırışlar, yalnız o yerləri göstərmələdir ki, orada əvvəllər təbəssüm olmuşdur.

3. Ruhlanmağın ən yaxşı yolu – başqa birisini ruhlandırmaqdır.

4. Xoşbəxtlik hər kəsin qapısını həyatda bir dəfə döyür, lakin adətən, həmin hər kəs  qonşuluqdakı yeməkxanada oturur və taqqıltını eşitmir.

5. Gəlin elə yaşayaq ki, hətta tabut qayıran usta da ölümümüzə ağlasın.

6. Bizdən az sayda insan xoşbəxtliyə tab gətirə bilər –  yaxın adamın xoşbəxtliyinə, nəzərdə tuturam.

7. Hədsiz incəlikdən böyük kobudluq yoxdur.

8. Həqiqət – bizim ən qiymətli malımızdır. Gəlin onunla ehtiyatla davranaq.

9. Dərdi olan insanlar başqalarını ovundurmağı bacarır.

Mark Tvendən sitatlar

10. Sülh, xoşbəxtlik, insanların qardaşlığı – bu dünyada bizə lazım olan, bax budur!

11. Əgər siz yalnız həqiqəti deyirsinizsə, bir şeyi yadda saxlamaq sizə lazım deyil.

12. Həqiqi dost səhv olduğun zaman səninlədir. Düz olduğun zaman, hər kəs səninlə olacaq.

13. Səs-küy heç nəyi sübut etmir. Toyuq yumurtladıqda, adətən elə qaqqıldayır ki, elə bil kiçik bir dünya yumurtlayıb.

14. Əgər çoxluğun tərəfində olduğunuzu gördünüzsə, bu onun əlamətidir ki, artıq dəyişilmək vaxtıdır.

15. O kəslərdən qaçın ki, sizin həyatda əhəmiyyətli bir şeyə çatmaq mümkünlüyünə olan inamınızı korlamağa çalışırlar. Bu xüsusiyyət kiçikqəlblilərə məxsusdur.

16. Hər bir insan ay kimidir, işıqlandırılmamış tərəfinə malikdir ki, onu heç kəsə göstərmir.

Mark Tvendən sitatlar

17. Şaftalı nə vaxtsa acı badam olmuşdur, gül kələmi isə sonradan ali təhsil almış adi kələmdir.

18. Tərəddüd etdiyiniz zaman həqiqəti deyin.

19. Adəm xoşbəxt insan olmuşdur: Onun ağlına gülməli bir şey gəldikdə, qəti əmin ola bilərdi ki, başqalarının məzəli sözlərini təkrarlamır.

20. Yazıçıların əksəriyyəti həqiqəti özünün daha dəyərli malı hesab edir – bax, buna görə də ondan belə qənaətlə istifadə edirlər.

21. Qaynar sobaya bir dəfə oturmuş pişik bir daha qaynar sobaya əyləşməyəcək. Elə soyuq sobaya da.

22. Heç bir insan həqiqi sevginin nə olduğunu anlamaq iqtidarında deyil, nə qədər ki, əsrin dörddə birini nikah içində keçirtməyib.  

Tərcümə etdi:Fərid Abdullah

11 iyun 2015
GO BACK