Qadin.NET / Fotoşəkildə gözəl görünməyin 5 Yolu

Fotoşəkildə gözəl görünməyin 5 Yolu

Siz də Fotogenik biri ola bilərsiniz.

Son illərdə selfie hər kəs tərəfindən istifadə edilmıkdədir. Siz də selfie çəkdirənlərdənsinizsə, fotoşəkillərdə yaxşı görünmək üsullarımız çox işinizə yarayacaq. Bu üsulları portret, ailə, yoldaş fotoşəkillərinizdə də istifadə edə bilərsiniz.

Fotoşəkildə gözəl görünməyin 5 Yolu

Bir neçə dəqiqəlik dincəlin.

Qalın bir rezini nə qədər çəkib dartsanız, o qədər incəldiyini görəcəksiniz. Eyni məntiq bədən üçün də etibarlıdır. Fotoşəkil çəkilərkən bədəninizi dartmanız lazımdır. Bir neçə saniyəliyinə boyundan ombaya qədər gövdənizi dartın və çiyinlərinizi aşağı doğru sərbəst buraxın. Oturarkən poza verirsinizsə, kürsünün ucuna oturun və ayaqlarınızı çarpaz tutun. Bu bədəninizi daha uzun göstərəcək. Oturarkən onurğanızı dik, gövdənizi möhkəm tutun.

Fotoşəkildə gözəl görünməyin 5 Yolu

Müvəqqəti almacıq sümüyü yaradın.

Kamera sümük quruluşunu düzləşdirərək üzləri gerçəkdə olandan daha az quruluşlu göstərir. Bunun həll yolu doğru makiyajdan keçir. Allığı almacıq sümüklərinin dərhal altına sürərək işə başlayın və sonra yanaqların üstü, dodaq ucu və qaş sümüyündən ibarət olan, işığın vurduğu, hətta fırçayla süpürür kimi diqqətlə vurğulayıcı bir toxunuş həyata keçirin. Bir başqa almacıq sümüyü vurğulama metodu isə dodaqlarınızı balıq kimi edib, dodaq ucu və qulaq arasındakı yerə ənlik sürtün və fotoşəkilə hazırsınız.

Fotoşəkildə gözəl görünməyin 5 Yolu

İdman etmədən bədəninizi forma salın.

Məşhurlar dar paltarların içinə girə bilmək üçün şəkilləndirici karsetlərdən faydalanırlar. Sizə uyğun şəkilləndirici karset  tapsanız, heç idman etmədən olduğunuzdan bir neçə kilo zəif görünməniz mümkündür.

Fotoşəkildə gözəl görünməyin 5 Yolu

Geyiminizə diqqət edin.

Bəzi parçalar üçün "yüksək kalorili" deyimini istifadə edə bilərik. Likra, süni ipək kimi parçalar, gizlətməyə çalışdığınız qüsurlarınızı dəqiq bir şəkildə göstərərlər. Toxuma və mat parçalar daha çox qurtarıcı rolu boynuna götürər. Naxışlara gəlincə kiçik naxışlar, ya da ləkəli fotoşəkildə daha böyük görünür.

Fotoşəkildə gözəl görünməyin 5 Yolu

Yan dayanaraq poza verin.

Bədəninizi dümdüz obyektiv qarşısına çıxarmaq, bəyənməyəcəyiniz nəticələrə yol aça bilər. Halbuki obyektivə yüngül yan dayanaraq poza verir, tək çiyininizi bir az geridə tutsanız, olduğunuzdan daha incə görünərsiniz.

9 iyun 2015
GO BACK