Qadin.NET / İsti havalarda yüksək təzyiqə diqqət!

İsti havalarda yüksək təzyiqə diqqət!

Havada istiliyin artması, xüsusilə təzyiq və ürək xəstələrinə görə bəzi riskləri də özü ilə gətirir. İsti və bürkülü havalarda bir çox adam təzyiq yüksəkliyindən, havanın onun halını pis etdiyindən və döş qəfəsində olan ağrıdan şikayət edir. Ancaq bir sıra tədbir görərək bu dovrü sağlam bir şəkildə sovuşdurmaq mümkündür.

İsti havalarda yüksək təzyiqə diqqət!

Yaya keçid dövründən şikayətlər artır.

Mövsüm keçidləri sağlam olan fərdlərdə belə bəzi dəyişikliklərə səbəb olmaqdadır. Uzun çəkən qış aylarından sonra yay mövsümünə keçiddə hipertəzyiq, ürək-damar yetməzliyi, qapaq xəstəliyi və digər bu kimi xəstəliyi olanların daha çox diqqətli olmaları lazımdır. Təzyiq xəstələri dərman istifadəsinə laqeyd yanaşmamalı, həkimə görünərək dərman parametrləri etdirmələri və təzyiqlərinin çıxmasına səbəb ola biləcək yemək və içkilərdən qaçınmaları lazımdır.

Təzyiq ürəyin qanı bədənə paylamaq üçün istifadə etdiyi bir gücdür. Hipertəzyiq dünyada qarşısı alına bilən ölüm səbəbləri içərisində bir nömrəli risk faktorudur. Normal qan təzyiqi böyük 120 mmhg, kiçik 80 mmhg və altındadır. Bunun üzərindəki dəyərlər "hipertəzyiq" olaraq təyin olunur. Hipertəzyiq xəstəliyi müalicə edilmədiyində ölümcül ola biləcək ürək böhranı, iflic, beyin qanaması, böyrək çatışmazlığı, aorta damarı yırtılmalarına səbəb ola bilər.

Buna görə müalicəsi ciddi əhəmiyyət daşıyır. Diaqnozu qoyulan və dərman müalicəsi başlanan xəstələr həyat tərzi dəyişikliyi ilə birlikdə dərman müalicəsinə ömür boyu davam etməlidirlər. Bu kəslər gündəlik duz qəbulunu 4-6 qram arasında tutulmasına, tərəvəz-meyvə ilə qidalanmağa, nizamlı məşq etməyə, spirt və siqaretin buraxılmasına diqqət göstərməlidir. Günəşin təsirinin sıx olduğu günorta saatlarında çöldə olmamaları, daha tez-tez təzyiqə nəzarət etmələri, yağlı və duzlu qidalardan qaçınmaları lazımdır.

İsti havalarda yüksək təzyiqə diqqət!

Sakit bir həyat tərzi  və yüksək bir əhval infarkt riskini azaldır.

Yay ayları, təzyiq və ürək xəstələri üçün həyat tərzlərinə diqqət etdikləri təqdirdə qış aylarına görə daha az risklidir. Yay mövsümünün gətirdiyi yüksək əhval ürək xəstələri üçün açıq sahədə gərginlikdən uzaq yaşamaları üstünlük təmin etməkdədir. Qış aylarının soyuq havalarında yaşanan damarlarda spazm inkişaf riski ortadan qalxmaqdadır. Ancaq yayın gətirdiyi bu rahatlıq özü ilə bir çox riskləri gətirməkdədir.

Sidik sökdürücü dərman istifadə edən xəstələrin lazımı miqdarda maye almaları əhəmiyyətlidir.

İstilərlə birlikdə havada nəm nisbəti də artmaqdadır.Bu da su və mineralların itkisinə gətirib çıxardır. Sidik sökdürücü dərmandan istifadə edən xəstələr buna çox diqqət etməli və yay başlağıcında həkimi ilə görüşərək bu dərmanların dozasını təyin etməlidir. Tərləməklə birlikdə bədəndə itən maye qan axınının azalmasına və laxtalanmasına səbəb olur. İsti mühitdə özünü soyutmaq məqsədi ilə qan dəriyə hücum edir. Ürəyin həddindən artıq çalışması istənilməyən ürək böhranına, ritm səhvinə və təcili xəstəxanaya getməyi tələb edən ürək çatışmazlığına yol aça bilməkdədir.

Yayda meyvə və tərəvəzlərdən xeyli qəbul etmək lazımdır. Bunlar bol su və mineral hətta antioksidanlar qəbul etdiklərindən ürək xəstələri üçündə çox faydalıdır. Gündə 2-2.5 litr maye qəbul edilməlidir.

İsti havalarda yüksək təzyiqə diqqət!

Məşq təzyiq və ürək xəstələri üçün təklif edilən başlıca müalicə ünsürlərindən biridir. Təklif olunan məşqlərin başında gələn yeriş üçün ən uyğun vaxt yay aylarının sərin saatlarıdır. Bu da səhər sərin saatlar və axşam günəşin süalarının azaldığı axşamçağı saatlardır. Hər fərdin məşq tutumu və xəstəliyi fərqli dərəcələrdə olduğundan məşqin ölçüsü həkim və xəstə görüşməsi sonrasından müəyyən edilməlidir.

12 iyun 2015
GO BACK