Hər bir ailədə gündəlik qayğılardan biri də bazarlıqdır.Bu vəzifəni hər ailə özünəməxsus qaydada edir.Elə ailə var bazarlığı ailə başçısı,elə ailə də var o evin xanımı edir.Bir məsələni də qeyd edim ki,kişilərin etdiyi bazarlığı cox vaxt evin xanımı bəyənmir.Kişilər siyahıdakı şeylərin ya ən bahalısını,ya da ən lazım olmayanını alır.Çox vaxt da bəzi şeyləri unudurlar.Qadınlar isə bazara və yaxud da marketə gedəndə evə nə lazım olduğunu daha yaxşı bilirlər,hətta pullarına belə qənaət edə bilirlər.
Mənim atam həmişə deyir ki,ən asan qazanılan pul qənaətdən əldə edilən puldur!!!Mən bu sözün dəyərini ailə qurandan sonra dərk elədim.Şəxsən mənim fikrimcə evdə bazarlığı qadın etməlidir.Yoldaşıma siyahı verib bazara göndərəndə heç vaxt məni qane edəcək şeylər almır.Bu təkcə mənim ailəmdə deyil,bir çoxlarımızın ailəsində də baş verir.Kişilər nədənsə bazar gəzməyi heç sevmirlər.
İndi sizə belə bir sualla müraciət etmək istəyirəm:Kişilərin etdiyi bazarlıq sizləri qane edirmi?Sizcə ailədə bazarlığı kim etməlidir-kişi yoxsa qadın?